Kategoriler

Arşivler

Govhar Rustamova Kategoriler

Tarih 12 Haz 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…14.

SÜRÜNƏN KÖLGƏ…14. Xalasının nə demək istədiyini anlamayan Nərgiz söhbəti uzatmadı.Əslində onu başqalarının ailə məsələləri bir o qədər də maraqlandırmırdı.O səbəbdən də bir söz deməyib içəri otağa keçdi. Ruqiyyə da onun ardınca otağa daxil olub : –Bilirəm çox yorğunsan bala,- dedi,- dincəl.Mən də avtobus sürücüsü ilə danışmışam.Kənddəkilər üçün hazırladığım payı sabah tezdən ona çatdırmalıyam. Sağlıq olsun, […]

Tarih 12 Haz 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…13

SÜRÜNƏN KÖLGƏ…13 Həyat axarı ilə davam edirdi.Ruqiyyə də,Nərgiz də ağrı-acılarını tədricən unudub ,ömürlərinin sanki yeni mərhələsini yaşayırdılar. Səmədin qəfil xəstəliyi ailəsinə hər barədə ciddi problemlər yaşadırdı.Zərnigar büruzə verməsə də, Ruqiyyə külfətin maddi çətinliklərini yaxşı dərk edirdi. O səbəbdən də,hər həftə kəndlə əlaqə saxlayır, əlinə düşəndən onlara hədiyyələr və müəyyən qədər pul da göndərirdi. Nərgiz hər […]

Tarih 6 Haz 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…12

SÜRÜNƏN KÖLGƏ…12 Ruqiyyə başını iş-güclə qatmağa çalışsa da,fikri Nərgizin yanında idi.Onunla bərabər imtahana getmədiyinə görə özünü qınayırdı da.”Gərək yanında olaydım,uşaq bir az da ürəkli olardı”düşünürdü. Günorta saatları idi.Ruqiyyənin hesabına görə Nərgiz artıq imtahandan çıxmış olardı.Qadının gözləri küçə qapısına dikilmişdi.Həyəcanla qızın gələcəyini gözləyirdi. Hərdən də onun aşağı qiymət alacağından qorxub hövllənir,bacısıgilə bu dəfə nə cavab verəcəyini […]

Tarih 6 Haz 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…11

SÜRÜNƏN KÖLGƏ…11 Axşamüstü Ruqiyyə işdən evə yaxşı əhval-ruhiyyədə gəldi.Əl- üzünü yuyub dincəldikdən sonra Nərgizə: -Hə qızım,- dedi,- hazırlaş,bir neçə gündən sonra səni kəndə,doğmalarının yanına aparacağam. –Necə?,- qız eşitdiyinə inanmadı,- bəs…sənin işin? -Gələn həftədən məzuniyyətim başlayır,- qadın divanda yerini rahatladı,- düşündüm ki,indi kəndin ləzzətli vaxtıdır.Havası,suyu,mənzərəsi cana dərmandır.Ata-anan da səndən ötrü darıxıblar.Gör bir nə vaxtdır kənddən çıxdığın.İmtahanlar […]

Tarih 4 Haz 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…10

SÜRÜNƏN KÖLGƏ…10 Ruqiyyə cəld onun əlindən tutub divana oturtdu.Qaçıb mətbəxdən bir stəkan su gətirdi.Qadın da əl-ayağa düşdü. Nərgiz sudan bir qurtum içib stəkanı xalasına verdi.Ruqiyyə mehriban tərzdə: -Sənə nə oldu qızım?,- dedi,- birdən- birə halın niyə dəyişdi? -Yəqin təzyiqi düşüb,- qadın onun yanında əyləşdi,- belə hallar tez- tez olurmu? –Y…Yox,- Nərgiz özünü cəmlədi,- ilk dəfə […]

Tarih 12 May 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ…9

SÜRÜNƏN KÖLGƏ…9 Ruhəngiz xanım ağıllı, dünyagörmüş,tədbirli qadın idi.Həyat və iş təcrübəsində müxtəllif cür hallarla rastlaşan həkim işin gedişatında bəzi qaranlıq məqamların olduğunu hiss edirdi. Çox gənc bir qızın ikinci dəfəki hamiləliyi,uşaqdan israrla imtina etməsi artıq onda şübhə doğurmağa başlayırdı. Ruqiyyə çıxılmaz vəziyyətdə idi.Nəyə əl atırdısa, boşa çıxırdı.Həkimin son sözləri isə onun bütün ümidlərini köklü surətdə […]

Tarih 8 May 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ… 8

SÜRÜNƏN KÖLGƏ… 8 Həmin gecə ilan vuran yatdı, Ruqiyyə yatmadı.Səhərə qədər yerində o tərəf- bu tərəfə çevrilərək, çapalayaraq vəziyyətdən çıxış yolu axtardı.Xəyalən gah Elmanla üz-üzə oturub söhbət edir,gah onu məhkəmə ilə hədələyir, gah xoşluqla danışır, gah da təhqir edirdi. Gözlərini yumduqda bacısı Zərnigarın, yeznəsi Səmədin incik baxışları, kənd adamlarının qınağı… hələ…hələ yaşadığı məhəllənin söz-söhbəti…iş yerindəki […]

Tarih 7 May 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ… 7

SÜRÜNƏN KÖLGƏ… 7 Otağa göz gəzdirdi.Gördüyü mənzərə onu mat qoydu. Nərgiz otağın bir küncünə qısılıb için-için ağlayırdı.Göz yaşları aramla yanaqlarına,oradan da üzüaşağı süzülürdü. Ruqiyyənin ürəyi üzüldü.Əlindəki çay dəsmalını bir yana atıb qıza tərəf getdi.Cəld onu yerdən qaldıraraq çarpayıya oturtdu.Əlinin arxasıyla gözlərini silib: -Sənə nə olub Nərgiz?, – dedi, – xalan qurban niyə ağlayırsan? Nərgiz uçadan […]

Tarih 7 May 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN GÖLGƏ…6

SÜRÜNƏN GÖLGƏ…6 Elmanla söhbətdən sonra sanki yüngülləşmişdilər, çiyinlərindən ağır bir yük götürülmüşdü.Düşünürdülər ki, irəliyə doğru ən azından bircə addım da olsa, atılmışdı.Şam yeməyindən sonra da öz aralarında bu barədə xeyli danışıq getdi.Ruqiyyə söhbəti əsasən imtahana,təhsilə tərəf yönəltsə də,Nərgiz başqa səmtə aparırdı.Nədənsə bu günə, bu saata qədər ona əzab verən səbəblər yoxa çıxır, yerini başqa mövzulara […]

Tarih 29 Nis 2020 Kategori: Govhar Rustamova

SÜRÜNƏN KÖLGƏ… 5

SÜRÜNƏN KÖLGƏ… 5 Nərgiz mənən o qədər yorğun və məyus idi ki, xalası ilə mübahisə etməyə nə halı vardı , nə də həvəsi.İlk uğursuzluğu onu elə sarsıtmışdı ki,hər şey gözündən düşmüş, dəyərini itirmişdi.Beləcə bir neçə gün ötdü.Qız nə çölə-bayıra çıxır, nə kiminləsə kəlmə kəsir, nə də xalasının təsəlliverici sözlərini dinləyirdi.Bütün bunların fövqündə isə kəndə qayıtmaq […]