Kategoriler

Arşivler

Yegane Bagirova Kategoriler

Tarih 7 Ağu 2021 Kategori: Yegane Bagirova

Dərmanım Sənsən.

Dərmanım Sənsən. Ətrimi sənə verərəm,Çiçək kimi mən solanda.Yağış tufan qopararam,Səni görüb hər dolanda. Qamışam, neyə xəstəyəm,Mən sənə niyə xəstəyəm?Eşq adlı meyə xəstəyəm,Daşdım,peymanəm dolanda. Üstümə əsən küləksən,Nə sirrsən,nə kələksən?Elə bil kəpənəksən,Açıram mənə qonanda. Xəstəyəm,dərmanım sənsən,Həm də ki,loğmanım sənsən.Öldürsən özün bilərsən,Amma qoy ölüm yanında. Yegane Bagırova www.kafiye.net

Tarih 7 Ağu 2021 Kategori: Yegane Bagirova

Darıxmışam.

Darıxmışam. Darıxmışam gəl görüşək,Sevgimizi bir bölüşək,Saatlarca yar sevişək,İnan elə darıxmışam. Tez gəl aşkım dözəmmirəm,Səndən ayrı gəzəmmirəm,Bəzənmirəm,düzənmirəm,İnan elə darıxmışam. Beynimdə var çoxlu sual,Səninlə qurmuşam xəyal,Əbədilik yanımda qal,İnan elə darıxmışam. Sənsizlik nəfəsmi kəsir,Sənsiz soyuq yellər əsir,Tez gəl,nəfəsim kəsilir,İnan elə darıxmışam. Ürəyimi soyutmaqçün,Qollarında yatmaq üçün,Bilmirəm heç nədən,neyçün?İnan elə darıxmışam. Yegane Bağırovawww.kafiye.net

Tarih 7 May 2021 Kategori: Yegane Bagirova

Ecazkar Yardımlının

Ecazkar Yardımlının Görənlər heyran qalır,Yolunu burdan salır,Hər kəs seyrinə dalır,Ecazkar Yardımlının! Göz oxşayır meşəsi,Nərgizi,bənövşəsi.Şəfalıdır çeşməsi.Ecəzkar Yardımlının! Çiçəklidir bağları,Səfalıdır dağları.Var gözəl yaylaqları,Ecazkar Yardımlının! Açıb gülü,çiçəyi,Yarpağında ləçəyi.Əsir cənub küləyi,Ecazkar Yardımlının! Gözəldir hər xoş anı,Mən olmuşam mehmanı.Kəkotu can dərmanı,Ecazkar Yardımlının! Yurdudur ərənlərin,Misli yox,bu yerlərin.Çayların,dərələrin…Ecazkar Yardımlının! İnsanları bəxtiyar,Üzlərində ismət,ar.Çox zəngin tarixi var,Ecazkar Yardımlının! Müəllif :- Yeganə.Bağırova www.kafiye.net

Tarih 28 Nis 2021 Kategori: Yegane Bagirova

SƏNİNLƏ QƏLBİM ÖYÜNÜR

SƏNİNLƏ QƏLBİM ÖYÜNÜR Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandanı İlham Əliyev Cənablarına ithaf edirəm. Otuz illik bir işğala,Son qoydun öz hünərinlə.Yadda qalan bir tarixi,Yazdın şanlı zəfərinlə. Yağıları bu torpaqdan,Qovdun, iti qovan kimi.Kor qaldılar,düşmənlərin,Gözlərini ovan kimi. Sən olmusan millətimin,Xalqımın ən güvən yeri.Çətin gələ bu dünyaya,Sənin kimi mindən biri. Bəlli oldu bu dünyaya,Ər hünərin,cəsarətin.Verdi gözəl bəhrəsini,Doğru,düzgün siyasətin. Arxa […]

Tarih 21 Nis 2021 Kategori: Yegane Bagirova

Xilaskar Atatürk

Xilaskar Atatürk Sən doğdun günəş tək qaranlıqlara,-Günəşi qaranlıq doğurur deyə.Ümidlər çökəndə bataqlıqlara, Şanlı xilaskartək ucaldın göyə. Sərkərdə olmadın,təkcə hərb üçün,Ağıla,zəkaya sərkərdə oldun.Sən təkcə qalmadın düşüncələrdə,Tarixdə həmişə Atatək qaldın. Güclər yetməyəndə nizam qurmağa,Sən ,,Türkəm” deyəni yığdın başına.Təzə ruh gətirdin,hava gətirdin,Turan torpağının hər qarışına. Yüz nəğmə söyləsəm,yüz tərif desəm,Azdır,xilaskartək yaşayanlara.Cəsarətlə,ağlın təntənəsitək,Xalqın dərd-qəmini daşıyanlara. Böyük Türk dünyası Atatürk deyib,Hər […]

Tarih 18 Nis 2021 Kategori: Yegane Bagirova

Ana

 Ana Dünyaya göz açdım,ilk səni gördüm,Həyatda tək sənə könlümü verdim.Yandım həsrətindən,çoxaldı dərdim,Sənsiz yetim qaldım,məhv oldum,Ana. Səni sevdim,bu həyatda birinci,Tək sən idin,ürəyimin sevinci.Sənsiz oldum  qəm-kədərin girinci,Günüm keçir dərd-qubarla,ay Ana! Yanında olduqda qorxu duymadım,Ana nəfəsindən mən heç doymadım.Məni ağlamağa heç vaxt qoymadın,Amma yoxluğunla ağlatdın,Ana. Taledir,qismətdir,bilə bilmədim,Səninlə doyunca gülə bilmədim.Heç bilmirəm sənsiz niyə ölmədim?Yamanca alışdım,yandım,ay Ana. Gecələr yatmadan […]

Tarih 18 Nis 2021 Kategori: Yegane Bagirova

Dur,evmizə gedək Ana!

Dur,evmizə gedək Ana! Həyat məni yaman yordu,Kürəyimdən oxla vurdu.Sənsiz  yanır, qəlbim  qordu,Dur, evmizə gedək,Ana! Belə imiş alın yazın,Çox tez soldu güllü yazın.Soyuqdu,qəlbimdə qızın,Dur,evmizə gedək,Ana! Gül ətrinçün mən darıxdım,Ürəyimi oda yaxdın.Sənsiz gör necə karıxdım,Dur,evmizə gedək,Ana! Susmaqla qəlbimi dəlmə,Qalx ayağa,de,bir kəlmə.Uzat əlini əlimə,Dur,evmizə gedək,Ana! Bu taleyi yazan yazdı,Sənsizlik qanıma sızdı.Bil ki, balan anasızdı.Dur,evmizə gedək,Ana! 30.12.2020 Yegane Bagirova […]