şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Dil də dolaşanda düzünü deyər ,
Dilim-dilim olsun, çaşdı da, neynək.
Gözünü yadlardan qoruyan kiprik,
Yandırar, gözünə düşdü də, neynək.
Ləçək-ləçək qopararsan gülləri,
Sadalayar, itirərsən, taparsan,
“Yox” demərəm, inan, ləçək yerinə,
Birdəfəlik ürəyimi qoparsan
Taxtlar gördün, taclar gördün,
Güldün taxta, taca dünya.
Kim qurtarıb əllərindən?
Kim bacarıb qaça, dünya?
Balam, məndən çıxmayan iş,
Yatıb qalmışam daş kimi.
İsti yorğan – döşəyimdə,
Batıb qalmışam daş kimi.
Yolu yorub gələn yolçu ,
Dəryanı keçsin , keçməsin ?
Gözündə yaş , sinədə od
Suyundan içsin , içməsin ?
Saçımdakı dəni görüb
Işıq bil , dəni ağlama .
Ağla puç olan ömürə
Sən Allah , məni ağlama
Canım “Ruhani” istəyir ,
Çıxar sazı köynəyindən .
Qanım “ Ruhani “ istəyir ,
Çıxar sazı köynəyindən .
Zamanın ovcundan tökülür illər,
Biz də arxasıyla yığıb gedirik.
İçimiz sığışmır bu gen dünyaya,
Kiçik bir daxmaya sığıb gedirik…
Fələk vurub heç eylədi ,
Cavan ömrü puç eylədi ,
Köçən, vaxtsız köç eylədi ,
Ağırdı, köçün, ağırdı…
Bir işıq dolanır canımda bu gün ,
Axır damarımda qan əvəzinə .
Nəyinə gərəkdi qurumuş canım,
Ruhumu götür get, can əvəzinə.