şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Bu da belə, Batini tuluğdan betərdir onun, Çıxır min oyundan, dəyişir donun. İlan qabığından keçən tək canın, Yaydığı zəhəri qorxudur, Allah. Hansı dəhrilərin suyundan içir? Hansı oğruların yolundan keçir? Yuvalar içindən yuvarlaq seçir, Sanırsan, dayaqdır, arxadır, Allah. Min izdə azdırır sadəlövhləri, Misala gətirir Quran, kövsəri. Aldadır, çatana verir dərd-səri, Bu adam şeytanın çarxıdır, Allah. Güngündən […]
HER GÜN Hər gün açdığım qapı, Gözlərimə nur saçır. İşıqlaşır gözlərim, O gözlər mənə qaçır. Nəfəsim dərinləşir, Şük’r edirəm,İlahi. Necə bəxtiyaramsa, Götürmürəm heç ahı. Günəşə dönür duam, Kiçilirəm səndə mən. Tükənməyən eşqimin, Zirvəsi “Sən”çən də mən. Tək bir mizan yoludur, Mizansa əməllərim. Səni tapdığım andan, Heç olmadı dərd-sərim. Bahram Bilaloğluwww.kafiye.net
NAZER Nəzər et binəzərə, Salma gözündən əsla. Müjdəsin Tanrı verər, Ruh olar Kərbübəla. Saflaşanlar gələcək, Beytül-Məqəddəs evinə. An gəzən vaxtı, o gün, Yetər Məbəs evinə. Zərrədir dürrdən axan, Pak’ı Əhli-beytə baxın. Kimsə can atsa, könül, Uca Allaha toxun. Bəhram Bilaloğlu www.kafiye.net
VATEN EMANETİ Vətən əmanəti gözümüz üstdə, Qoymayaq yadları,çevirsin büstdə. Yetər ki,ürəkdən,Allahdan İstə, Ucalsın, boy atsın,sarsılmasınlar. Müqəddəs torpağda heç solmasınlar. Sərhədlər bənzəməz sərhəddimizə. Çatarıq cəm ikən öz əhdimizə. Kimsə toxunarsa,söz həddimizə, Başına min oyun açarıq onun, Etdiyi əməllə tikərik donun. Əbədi məktəbdən dərs almışıq biz. Qaydadan,qanundan öndə olub söz. İlahi yolunda qatlanmış bu diz, Yolumuz haqq […]