Kategoriler

Arşivler

Xalide Nuray. Kategoriler

Tarih 2 Eyl 2022 Kategori: Xalide Nuray.

Həsrət nəğməsi.

Həsrət nəğməsi. Qəmdən zər-zibalı yazılan baxtım. Rüzgarı telimə hey sığal oldu. Vədəsiz yıxıldı atalı taxtım, Bu nisgil qəlbimə qara xal oldu. Duyduqca kövrəldim ata nəğməsin, İllərin sazağı göynətdi məni. Dindi xatirəmdə dərd için-için, Biçib qəm köynəyin inlətdi məni. Zamanın ovcunda sıxılıb qaldım, Xəzana büründü ömür çiçəyim. Üzdüm əllərimi haqsız dünyadan, Töküldü ömrümün küsən ləçəyi. Sevda […]

Tarih 2 Eyl 2022 Kategori: Xalide Nuray.

Nakam sevgi.

Nakam sevgi. Sevənlərin baxışı, Nazı da gözəl olur. Asta-asta gülüşü, İsmətli özəl olur. Sevdalanmış gecəsi, Bal qatır yuxusuna. Mürgülü pəncərəsin, Ay qonur yaxasına. Ulduzlar tək sayrışır, Göyün yeddi qatında. Cünun tək sevilməyə, Qalanır eşq oduna. Ürəyində iffətlə, Sevgisini gizləyir. Bir aşiq ağ atlının, Gəlişini gözləyir. Zaman öz axarında, Bəxti gülmür üzünə. Qaralanmış taleyi, Dərd yüküdü […]

Tarih 2 Eyl 2022 Kategori: Xalide Nuray.

Susuruq.

Susuruq. Kor vicdanı məzar olar xəbisin, Mala-pula kölə olan hərisin. Mərhəməti olmaz ağlı naqisin, Çəkilməz zülmündə, dərddə azırıq, Zaman cövlan edir,bizsə susuruq. Xalqın möhürlənib söz dodağında, Boğulur qeyrəti öz qınağında, Yalan, söz ovlayır düz oylağında, Haqqa yetişməyə min sədd aşırıq, Zaman cövlan edir,bizsə susuruq. Ağsaq ağlı ilə ad çıxaranın,, Soyub,talamaqla dad çıxaranın, Ocaqlar söndürüb,od çıxaranın, […]

Tarih 6 Ağu 2022 Kategori: Xalide Nuray.

Qəmxar.

Qəmxar. Hər ayrılıq Tanrıdan Qismətlə göndərilir. Saf duyğulu könüllər, Yad əllərlə dərilir. Etiraf imandandır, Yalnış, səhvimiz çoxdu. Saf-çürüyə səbrimiz, Bircə ovuc da,yoxdu. Kimini el içində, Gülərək alçaldırıq. Kiminə əzab verib, Vədəsiz qocaldırıq. Əzabla yaşayanı, Nədən duya bilmirik, Dərd yükü daşıyanın, İmdadına gəlmirik. Əsil insan,o kəs ki, Özgə qəmin bölüşə. Duya acı hisslərin, Qəmxar ilə dərdləşə. […]

Tarih 5 Haz 2022 Kategori: Xalide Nuray.

Şair əhdi

Bu gün “Şairlər günü”dür,dəyərli şairlərimizi təbrik edirəm.Qələminiz süngü kimi düşmənin gözünü oysun,sözləriniz nur olub qaranlıq yollara işıq saçsın,ürəkləri ovlayan duyğularınız misra-misra yaddaşlara naxış toxusun! Şair əhdi İçimdə boy atan dərdim, Məlhəmdi öz ürəyimə. Dərdimlə göyərdim özüm, Sadiqəm, şair əhdimə. Vətən adlı qeyrətimə, Səcdə edib əl açıram. Bir ovuc vətən torpağın, Şəhid qanımla qucuram. Qırılıram büllur […]

Tarih 17 Nis 2022 Kategori: Xalide Nuray.

Haqqa ibadət

Özbəkistanın sevimli şairi,bir çox ölkələrdə tanınmış tərcüməçi Gülzira xanıma,mənim”Haqqa ibadət”adlı şeirimi “Mənəviyyat çeşməsi”qəzetində yayımladığı üçün öz dərin təşəkkürümü bildirirəm. Haqqa ibadət Sübh çağı ərşi titrədər, Ruh oynadar “Azan”səsi. Dualar haqqa yönələr, Oxunar “Quran”ayəsi. İman örpəkli ümidlər, Səcdəsində dua eylər. Qara libaslı günahlar Tanrıdan imdad diləyər. Mərhəməti əsirgəyən, Məlhəmə duyar ehtiyac. Özgəyə bəd niyyət olan, Niyyətinə […]

Tarih 14 Mar 2022 Kategori: Xalide Nuray.

Şəhid Xocalım

XOCALIM,HƏLƏ DƏ,GÖZLƏRİN YOLLARDA QALIB… ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! Şəhid Xocalım O gecə qanıyla tarixi yazıb, Şəhid köynəyini geydi Xocalım. Çəkib naləsini ərşin qatına, Əyilməz qəddini əydi Xocalım. Şaxtalı gecənin zülmət içində, Çatlayan torpağın dodaqları qan. Körpə balasını basıb bağrına, Ana qucağında can verirdi, can. O gecə həyatın nəfəsi ağır, O gecə sinəsi qan ağlayırdı. Kimi […]

Tarih 14 Mar 2022 Kategori: Xalide Nuray.

Ana dəyəri

Ana dəyəri Ana məqamından aşağı cənnət, Haqqdan verilibdir ona bu qiymət. Baxışından süzər qəlbə mərhəmət, Səcdəyə layiqdi ondakı hikmət. Ana yaranışdan yazılmış əsər, Onun sevgisindən yarandı bəşər Ana müqəddəsdir deyib peyğəmbər, Ömrünü fədakar yazıbdı qədər. Ananın gözündən süzülər iffət, Onu görən hər kəs eyləyər izzət, Ana təməlində şücaət,qeyrət, Soyuna,kökünə qazanar hörmət. Anadır övlada mənəvi qida, […]

Tarih 14 Mar 2022 Kategori: Xalide Nuray.

Qadın gözlərində

ZƏRİF ,DƏYƏRLİ ,FƏDAKAR QADINLARIMIZ “8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ”NÜZ MÜBARƏK! Qadın gözlərində Ay-ulduzlu kəhkəşanı, Yeri, göyü asimanı, Arzudan doğan ümmanı, Axtar qadın gözlərində. Şimşək çaxan yağışları, Zümrüd qaşlı, göy suları, Fırtınalı dalğaları, Axtar qadın gözlərində. İlıq bahar nəfəsini, Sevənlərin həvəsini, Gülüşün hər töhvəsini, Axtar qadın gözlərində. Mərhəmətin həmdəmini, Xeyir-dua məlhəmini, Xoşbəxtliyin hər dəmini, Axtar qadın […]

Tarih 20 Şub 2022 Kategori: Xalide Nuray.

Qırovgözlü

Qırovgözlü Gul-çiçəkli çələng hörüb Bahar gəlir elimizə. Xoş ətirli avazıyla, Nəģmə düşûr dilimizə. Hər ləçəyin qırovgözü, Ģöz eyləyir al Günəşə. Dovşan sevincək oynayır, Qarla gûləşə-güləşə. Boynubükük bənövşənin Şeh süzülür dodaģından. Yazın mehi sıģal çəkir, Hərdən öpür yanaģından. Baģ-baģçaya haray salır Qaranquşların xoş səsi. Çəkir güllərin nazını Bülbüllərin şən nəģməsi. Təbiət donun dəyişir, Bürünür yaşıl qumaşa. […]