şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
PAPAMIN* ÇÖRƏK AĞACI Bir şair “Qagamın şötkəsi” adlı, Şeir paylaşmışdı, çox kövrək notla. Kədərli olsa da, xatirə dadlı, Papamı andırdı xoş bir ovqatla. Böyüdük papamın biz nəfəsiylə, Yatırdıq “şötkə”nin “laylay” səsiylə, Sanki dərdləşirdi doğma kəsiylə, Ona yanaşırdı bir etimadla. …Qaçqınlıq bizi də çöllərə saldı, Gen həyət, ev-eşik tökülü qaldı… Dolu evdən açar, şötkəni aldı, Yadlgardı, […]
Allah dünyasın dəyişən analarımıza rəhmət eləsin,bizimlə olanlara sağlam ömür. NİYƏ AĞLAMIRSAN? – Anan yoxdu, niyə bəs aglamırsan? Soruşdu balaca Amira məndən: Söyləyə bilmədim, sən anlamırsan, Candan can ayrılıb anam gedəndən. Aglayıb gedəni qaytarmaq olmaz Bala, göz yaşıyla boşluqlar dolmaz, Ölüb gedənlərin sevgisi solmaz, İncimək olmaz ki Allah edəndən. Böyü, atalı ol, ananla birgə, Olsun ləyaqətdə […]
QARAGÖL Laçının hüsnünə sən yaraşıqsan Göygöllə əkizsən sanki, Qaragöl. Tökülən qanlarla sən qarışıqsan, Buna görədirmi adın qara, göl? Qar, duman çəkilib yolu açmasa, Bənövşə görüşə qolun açmasa, Zəfər süfrəsini ellər açmasa Demək küsüb könül verdin qara, göl… Səndə toxdayardıq qan qaralanda, Xəstə istəyiylə hər qar alanda. Otuz il yayını hər “qar” alanda, Olmuşdu yarana məlhəm […]
Bel baglamaram 14.09 23 Desələr də gözəl, çox zərifdilər, Durna qatarına bel baglamıram. Xisləti köçəri insan kimidir, Uşaqtək gedişə ta aglamaram. Durna qatarına bel baglamaram. -Çirkin, dur burada, gözəl axtarım, ,,Qışı sənə verim, qalsın baharım”- Deyəndən dost olmaz,nə də ki, yarın. Qırıq ip üstünə odun yıgmaram, Durna qatarına bel baglamaram. Vətənin soyuğu, istisi varsa, Dar […]
Bu agrının və sevincin çəkisi,ölçüsü yoxdur. Bəli,bunu yaşayanlar bilər(( Görüntülərə baxdıqca,rəy bölümündə bu şeir yarandı. AĞLAMA Ağlama,qardaşım,sənli dərdliyəm, Otuz il ünvansız,bir sərsəriyəm. Yenə şükürlü ol,sil göz yaşını, Sən gördün evini, mən həsrətliyəm. Otuz il agladıq , çəkdikcə ahı, Allahdan üzmədik ümüd , pənahı Qalibik, ağlama, dik tut başını Bizik bu yerlərin şahı,padşahı. Yanmış ata yurddan […]
Hər yazılan şeir müəllifin ünvanına aid deyil. Qədir bilməyənlərə gəlsin. Hamın olmaq istədim Qeydinə qalsam da sən anlamadın, Dost bir yana,hamın olmaq istədim. Halına yanana, sən yanammadın. Yorsan da fikrimdə qalmaq istədim, Dost bir yana ,hamın olmaq istədim. Korlar gördüyünü sən görəmmədin, Kar duyan duygunu sən verəmmədin, Gülüstan evimə sən girəmmədin. Qovub qəhri, kamın olmaq […]
Elə indi gəldi,yazdım. Özünə də oxudum İstərəm Ayrılıq istərəm ayrılan zaman Gözümün leysanı qurumaz olsun. Ruhumu, canımı incidən insan, Nə də iynə boyda”yaramaz”olsun. Yalanlar yoluyla yozulmayasan, Sonra xəyanətlə yol azmıyasan, Qafiyə xətrinə yazılmıyasan, Tək mənə köklənmiş hazır saz olsun. Yandıra qoyduğu izlər gözünü, Asasan ruhundan özün özünü, Eləsin tap görüm, mindən yüzünü, Yəni min bir […]
Qalıq Sənli xatirələr qalaq olsa da, Toxuna bilmirəm,qoy ayılmasın. Bölən,bölünəndən qalıq qalsa da, Açıb ağartmıram,qoy sayılmasın. Nə var ki,qalıqsız çətin həllərə, Nə gözün görməyir,qəlbin dolanmır. Əmmadır o”qalıq”çox bəllilərə, Güman kəsilsə də,inam yan almır. Naəlac qalanda misal sonluğa, Qalığa nollardan yamaq vurursan. Gər. tapsan fikrimi bircə anlığa, Deməli onluğa dayaq durursan. 12.Nisan.2023Fəridə Köçərli www.kafiye.net
Daddırar zəhər Kini dəvələrdən çox olan insan Özünü kənardan görə biləydi. Yalandan qursa da tərəzi-mizan, Öz qara əməli kaş”göyərəydi”. Nə qədər müştəbeh,nə qədər xəbis, Olasan kimsəni bəyənməyəsən. Ya da adamlıqdan olasan xəsis. Yaxşı əməllərə dəyəmməyəsən. Dost sözü çoxuna halva,quymaqdır, Otarar qarnını süfrən başında. Fəridə, düşünmə sənə dayaqdır, Daddırar zəhərin bir gün aşında. Fəridə Köçərli 22.04.23. […]
O yaz yagışı Yadında, yağırdı o yaz yagışı? Dalgındım o gecə ulduzlar kimi. …Zəng etdin,gözümdə sevinc naxışı, Daha darıxmadım yalqızlar kimi. Söyləyib ahəstə, sən narın-narın, Deyirdin, şeirdir dünyada varın. Axırdı dilindən qəlbimə barın, İçimsə xoş sözə susuzlar kimi . İllər sonra yağır bir yaz yagışı Dolmuş buludların səbir savaşı. Yuyur aynaları,çöllərdə daşı. …İçimdə xatirə buzlayır […]