Kategoriler

Arşivler

Elmaya Cabbarova Kategoriler

Tarih 3 Mar 2024 Kategori: Elmaya Cabbarova

Bu mənəm

Bu mənəm Boş kağıza qol çəkərək, Haqsızlığa yol verərək, Qəlbə dəyən bir kəlməni Demərəm mən, demərəm mən. Soy kökümün ad-sanını, İlk sevginin bal dadını, Dünya malı, cah-cəlala Vermərəm mən, vermərəm mən. Əhdə vəfa eyləmişəm, Daim doğru söyləmişəm, El – obanın dar günündə Gülmərəm mən, gülmərəm mən. Ayrılıqdan yoxdur qorxum, Dəydi daşa tale oxum, Əminəm ki, […]

Tarih 1 Eki 2023 Kategori: Elmaya Cabbarova

Qənirə Ələsgər qızı Paşayeva

Qısa, çox şərəfli ömür yaşadın,Sən “Qənirə” adlı heykəl yaratdın. Nə tez “Mələk” olub, göyə ucaldın, Bu millət yaşadar, unutmaz səni. ~ Elmaya Cabbarova Qənirə Ələsgər qızı Paşayeva Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın […]

Tarih 2 Tem 2023 Kategori: Elmaya Cabbarova

Yasəmən gülü

Yasəmən gülü Bu çiçəyin ətri bihuş edici, Hər sevən ürəyə nüfuz edici, *Yasəmən ətirli* olur sevgilər, Əsərlər yazılır məftun edici. Romanlar oxunur sətirbə sətir, Xəyallar dolanır dağda, aranda, Tutub başımıza həsirdən çətir, Nəğmə oxuyuruq, yağış yağanda. Yasəmən adında olan qızların, Yarına sevgisi, vəfası olur, Əhdi-peymanına sadiq oğlanın, Ömrünə yazılmış sevdası olur. Müəllif: Elmaya Cabbarova. 01.07.2022. […]

Tarih 10 Haz 2023 Kategori: Elmaya Cabbarova

Hicran

Hicran Hicran, sənə çox üz verdik deyəsən, Gəldin, lövbər saldın qapımızda sən, Qonaq üç gün olar, bəlkə gedəsən, İllərdir qalmısan aramızda sən. Ayrılıq, hökm etmə eşqin mülkünə, Bağlama ümidi şeytan kürkünə, Ah-nalə alovu ütüb göndərər, Gedər-gəlməz yolla səni sürgünə. Sevgilim, güc tapaq özümüzdə biz, Yenidən döyünsün sevən qəlbimiz, Qalmasın hicrandan əsər-əlamət, Məhəbbət yolunda salaq yeni […]

Tarih 6 Haz 2023 Kategori: Elmaya Cabbarova

Yenə o bağ olaydı, kaş…

Yenə o bağ olaydı, kaş… Bir vaxt bizim olan, Sonra satılan, Düşdükcə yadıma, Kövrəlirəm yavaşdan. Sənli xatirələrim Çözülür yumaq kimi, Bir – bir açılır Dəftərdə varaq kimi. Deyirəm, ay aman, Gör ömrümdən nə qədər Keçib bu zalım zaman. Kaş yenə o vaxtlar olaydı… Çəpərdən gizli – gizli, Baxaydıq, baxışaydıq. Görənlər olsa belə, Gəlib insaf, mürvətə […]

Tarih 21 May 2023 Kategori: Elmaya Cabbarova

Duyğular nəğmədir

Duyğular nəğmədir Görən könlüm hansı ritmə köklənib, Varmı duyan, bilən, söyləyin mənə, Elə bil başıma bahar ələnib, Ətrindən çaşmışam, gülməyin mənə. Səhərin mehindən, sərinliyindən, Şehli çiçəklərin rayihəsindən, Müjdəli xəbərlər göyərçinindən, Aldım rişəsini yeni bəstənin. Xəyalım dolandı hər bir tərəfdə, Keçmişdə, indidə, həm gələcəkdə, Yazmaq istədiyim həzin nəğmədə, Duyulacaq səsi olub bitənin. Keçmişə həsrətəm odur ki, […]

Tarih 28 Nis 2023 Kategori: Elmaya Cabbarova

Mənim ağ buludum

Mənim ağ buludum Mənim ağ buludum, könül həmdəmim, Titrək hisslərimin şərik, ortağım, Səninlə qurduğum ağ yelləncəyim, Süzür səmalarda, sanki qağayım. Yerdən ayağımı üzmək istəsəm, Tez gəlib çatırsan, harayıma sən, Sənlə buralardan getmək istəsəm, Tutub əllərimdən aparırsan sən. Mənim ağ buludum elə ağ qalsın, Dönməsin qarayagöz dağlamasın, Səhra Məcnunundur, dağsa Fərhadın, Mavi səmalar da qoy bizim […]

Tarih 27 Nis 2023 Kategori: Elmaya Cabbarova

Dərdli Ala qarğa

★Dərdli Ala qarğa★… {20.04.2022. Olmuş əhvalat.} İşdən – gücdən başım açılan kimi, Eyvandan boylandım, hava qaralmış, Gördüm Ala qarğa bir memar kimi, Ən uca budaqda heykəl ucaltmış. Deyəsən küsmüşdü, mənə baxırdı, Qırıb yarpaqları yerə atırdı, Hərdən qırıldayır, səsi batırdı, Kimdən üzü dönmüş Ala qarğanın? “Etmə məndən güzar”, səsləndim ona, Eylədim nəvaziş, girdim min dona, Qəlbi […]

Tarih 27 Nis 2023 Kategori: Elmaya Cabbarova

T a b l o

T a b l o Mən bir rəssam olmasam da, Xəyalımda olsa belə, Bir tabloda yaratdığım, Dolaşacaq eldən – elə. Hər bəndin öz çalarını, Öz rəngini yazıram mən, Sözümə qədd, qamət verib, Öz məğməmi çalıram mən. Göy üzündə qurub hana, Mən bir xalı toxuyuram, İlmə – ilmə vurub naxış, Sevgimizdən oxuyuram. Saç telimə inci düzüb, […]

Tarih 27 Nis 2023 Kategori: Elmaya Cabbarova

“Nuh” yoxsa “Xəyal”gəmisi.

“Nuh” yoxsa “Xəyal”gəmisi. Doqquz yüz əlli il həyatda qalmış,Adı Nuh, özü bir Peyğəmbər imiş,Yaradanın əmri, göstərişilə,Tufandan qorunmaq məqsədi ilə,Böyük bir gəmini inşa edibmiş. Toplayıb bir yerə insan, heyvanı,Tədarük eyləyib suyu, qidanı,Bu nəhəng gəmidə həyat yaratmış,Hər kəs bu gedişdən razı qalıbmış,Bəşərin xilası bu gəmidəymiş. Fələyin işini bilmək olmazmış,Axı, su tökməklə quyu dolmazmış,Sevgiylə bəslənən güllər solmazmış,…Qəfil qopan […]