şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Şeir:Əsmər Bağırova De hansı yaramı sarım ağlayım?.. Sanki şəhid olub şeirlərim də Yanır kəlmələrim,düşübdü dərdə De,harda basdırım,harda ağlayım, De,hansı şeirə qara bağlayım? Qəfil ayrılıqdan dolub,boşalır Yazıq ürəyimin dərdi-səri də De hansı dərdimi sinəmə yığım De,hansı yaramı sarıb ağlayım? Bu boyda ağrını çəkmək nə çətin Bu boyda zülmətə dözmək də olmur Hey şəhid qanına batır bayrağım […]
Yorur məni sənsizliyin… Sən yaşayan şəhərdəyəm bu gecə,Gözlərim də ,ürəyim də Sən gəzir.Bu şəhərin işıqları gör necə,Sən gəzdiyin küçələrə nur sərir. Bu şəhərin adamları hara köçüb?Səssiz qalıb küçələr, sən gedənnən,Xatirələr gecə olub, yaman çöküb…Yorur məni sənsizliyin sən gedəndən… Sən gedənnən səpələnib yollarına,Xatirələr…toz salıbdı…Ürəyimin qapıları bağlanıbdır,otaqları sən qoxulu…Boş qalıbdı… Bağırova Ə. 03.08 2022 www.kafiye.net
Yorur məni sənsizliyin… Sən yaşayan şəhərdəyəm bu gecə, Gözlərim də ,ürəyim də Sən gəzir. Bu şəhərin işıqları gör necə, Sən gəzdiyin küçələrə nur sərir. Bu şəhərin adamları hara köçüb? Səssiz qalıb küçələri sən gedənnən, Xatirələr gecə olub, yaman çöküb… Yorur məni sənsizliyin sən gedəndən… Sən gedənnən səpələnib yollarına, Xatirələr…toz salıbdı… Ürəyimin qapıları bağlanıbdır,otaqları sən qoxulu… […]
BAYRAĞIM Ey üçrəngli bayrağım,sabaha nur,işığım, Ay-ulduzu sinəndə ,vətənə yaraşığım, Döyüş meydanlarında savaşım,barışığım, Dalğalan,əzəmətli gücünə qurban olum! Dalğalan,vətənimin ən uca zirvəsində, Dalğalan,yarandığın bu günün haqq səsində, Sən şanlı diyarımın fəxrisən,qürurusan, Dalğalan,qazandığın zəfərə qurban olum! Qatmısan al rənginə şəhidlərin qanını, Varlığınla alırsan düşmənlərin canını, Ucaltdın zirvələrə andını,amalını, Dalğalan,yaşatdığın birliyə qurban olum! Şanlı ordumla birgə düşmənə gərib sinə, […]
GÖZƏL ŞUŞAM! Bahar gəlib bu ellərə. Çiçəklənib çəmən,dərə. Adın düşüb bil, dillərə. Gözəl Şuşam,gözəl Şuşam! Bir cənnətsən, zümrüd qaşlı . Gözəlləri şux baxışlı . Xarı bülbül min naxışlı. Gözəl Şuşam,gözəl Şuşam! Yaraşıqdır hüsnün sənə Adın düşüb dildən-dilə . Gözəlləşir ildən-ilə, Gözəl Şuşam,gözəl Şuşam! Uzun illər sinən dağlı, Qapın bağlı, yolun bağlı. “Şuşa “adlı bir nağıldı, […]
HARDASA BİR QADIN AĞLAYIR İNDİ. Büküb gəncliyini bir ag kəfənə, Hardasa bur qadın ağlayır indi. Bölüb hisslərini qəmə,kədərə, Hardasa bir qadın ağıayır indi. Amansız həyatın nə çoxmuş üzü, Dönüb bir zülmətə gecə– gündüzü . Dərdi gözlərindən süzülür düzü, Hardasa bir qadın ağlayır indi. Bəxtinə yazılan bəxtsiz gününə, Baş əydi,çatmadı arzu,ününə. Baxır cığır düşmüş nazik telinə […]
Nə yaşatdın? Bir ocaq qalamısan ürəyimin başında, İstisi ürəyimdə, tüstüsü göz yaşımda. Cəza verdin ömürlük bu yaralı qəlbimə, Sən ayrılıq yazdırdın hicran dolu könlümə. Donmuş baxışlarımdan çəkdiklərimi görsən, Unutmağın sevməkdən necə ağırdı bilsən, Nə təsəlli ,nə ümid yaramır inan mənə. Ucuz sözlər yamaqdı bu yaralı könlümə. Mənə anlatma gülüm, darıxmaq adlı dərdi.. Baxıb bəxtəvər sanma,içim […]
SORĞUYA ÇƏKMİŞƏM GÜNAHLARIMI Hər gün yarpaq-yarpaq solur, tökülür, Saralıb xəzana dönən sevgimiz. Dərd ilə yaşayır,qəm ilə ölür, Qəfil ayrılıqdan sönən sevgimiz. Elə öyrənmişdim şirin səsinə Dünyaya sığmazdı gülüşlərimiz Ürəyi kövrəyim,ruhu dəli tək .. Dağıtdı ömrümü, ölən sevgimiz Gecələr asılıb kirpiklərimdən, Qaranlıq gözümdə yağış sellənir. Ala-boz yuxu tək gəlir üstümə, Yalnız gecələrə yağan sevgimiz Artıq çox […]
HƏYAT Yükləndim dünyanın ağır yükünə Gedirəm yolları yorğun,dikinə Salmısan dərd adlı eşqin fikrinə Məni başdan-başa yorursan, həyat! Tənha küçələrin qaranlığında Uçuq divarların toranlığında Üşüyən cismimin ağırlığında Məni daşdan-daşa vurursan ,həyat! Ömür çeşməsində batıb,boğullam, Sınıq kuzəsindən axıb dağıllam. Könül bulağında yaman darıllam Məni yaşdan- yaşa sürürsən ,həyat Bu dünyamın pəncərəsi dumanlı, Həyat yollarımda yaşam gümanlı. Arzusu,ümidi […]
GƏLMİŞƏM DEYƏM Kİ,… Gəlmişəm deyəm ki,heç unutmadımHeç yaddan çıxmadı gözəl gözlərinƏllərin əlimdə,gözün gözümdəDağıldı dilindən qəmli sözlərin Gəlmişəm deyəm ki, həsrətin acıGecəmi gündüzə qatıb gəzirəmSənsiz gecələrin soyuq izləriDərdimi dərdinə qatıb gəzirəm. Gəlmişəm deyəm ki, sevirəm səniRuhumu göylərdə azdıran mələkDaha həsrətinə dözə bilmirəm Ayrılıq yükünü götürmür ürək. Esmer Bağırovawww.kafiye.net