Kategoriler

Arşivler

Nigar Şemsi Kategoriler

Tarih 2 Tem 2019 Kategori: Nigar Şemsi

Vaxt var idi gecələr

Vaxt var idi gecələr göy üzünə baxıb səni düşünürdüm. Göydəki ulduzlarda səni axtarırdım. Bütövləşən ayın sifətində səni görməyə çalışırdım. Çünki sən də hardada biryerdə oturub çay içərək damagında siqaret göydəki ayı seyr edib düşüncələrə dalırsan deyə düşünürdüm. Baxışlarımızın ayın simaslnda toqquşdugunu təsəvvür edirdim. Səhərlər havanı sevgiylə içimə çəkirdim. Çünki sən də hardasa biryerdə havaya nəfəsini qatırdın. Günəşi seyr edirdim səhər üfüqdən boylanıb ətrafı şəfəqləriylə

Tarih 15 Haz 2019 Kategori: Nigar Şemsi

“Dustaq”……(3-cü hissə)

Acmışam..Amma gedə biləcəyim bir yer yoxdu.Hara gedib nə yeyəcəyimi bilmirəm.Mən o qaranlıq dünyaya düşəndə 19 yaşım vardı.Uşaqlıqdan tərkedilmişdim mən.Uşaq evində böyüyüb sonra universitetə daxil olmuşdum və universitetin yataqxanasında qalırdım.Xəyallarım vardı,sevdiyim qızla evlənib xoşbəxt ailə olacaqdıq.Amma fələyin qurdugumuz xəyalları başımıza yıxacagından xəbərsizdik əlbəttə..Xoş arzularla öz sevgimizi yaşarkən” zaman gəlib aramıza girəcək, bizi ayıracaq”- deyə düşünməmişdik heç.

Tarih 15 Nis 2019 Kategori: Nigar Şemsi

Və bir gün.

Təəccüblə dönüb baxarsan,eşitdiyinə inana bilməzsən,səninlə zarafat edildiyini sanarsan,amma qarşında duran ciddi baxışlar sənə vəziyyətin ciddiliyini anladar.Ayaga qalxarsan,qapıdan çıxarsan..İllərdir bu qapı ardında kilidli qalmışdın,indi isə bu qapıdan çölə çıxırsan,yuxu kimi gələr sənə..Sakitcə irəliləyərsən..Ən hündür darvazadan çölə çıxdıgında illərə qalib gəldiyini hiss edərsən.Zaman keçmişdir ,sən məhkum oldugun illərdə bunun fərqinə varmamsan,amma çöldə hər şey dəyişib..İrəlilədikcə bunun zamanın

Tarih 12 Ağu 2018 Kategori: Nigar Şemsi

SAXTA ŞAXTA BABA

Uşaqlar Şaxta babanın gəlişini gözləyirlər, mən də gözləyirəm. Şaxta baba, tez gəl sənə arzularımı deyim, axı sən arzuları yerinə yetirirsən. Bir filmdə görmüşdüm, balaca uşaq öz atasını istəyir ,Şaxta baba da gətirir. Mənə də şaxta baba gətirəcək..Atamı, anamı, qardaşımı gətirəcək mənə. Doğuldugum torpaqlara aparacaq məni. Elə darıxmışam ki..Artıq 5 ildir ki , getmirəm oralara. Ordan son gəldiyim gün heç yadımdan da çıxmır, hər gün kabus kimi yuxuma girir o gün.

Tarih 6 May 2018 Kategori: Nigar Şemsi

Dustaqlıqdan sonra. 2

O zaman mən bilmirdim taley mənə nə sürprizlər hazirlayib,qarşıda məni nələr gözləyir.Mən bilmirdim ki ,bu qalxış ömürlükdü,bir daha yixilmayacagam.Bu indi məni yerdən qaldırmaqçün uzanan əl həyatda da məni qaldircag,bu İlahi tərəfindən göndərilmiş bir əl idi.Biz insanlar Allahin bizimçün hazırladıgı o gözəl sürprizlərdən xəbərsiz oluruq.

Tarih 5 May 2018 Kategori: Nigar Şemsi

DUSTAQLIQDAN SONRA

Mənə deyilən sözlər qulagimda əks səda verirdi:azadsız,azadsız…
Keçirdiyim hisslər çox qəribə idi,yuxuda gördüklərimmi təkrarlanırdı?İndi gələn sədaya sevinimmi ,Yoxsa biraz öncə baş verənlərin yuxu olduguna təəssüflənimmi bilmirdim.Yuxu elə çox təsir etmişdi ki mənə,sanki həqiqətən də mən Aygünə sarılmışdım,hətta qoxusunu da hiss edirdim..

Tarih 27 Mar 2018 Kategori: Nigar Şemsi

Küçənin ortasında aglayan qadın

Bizim məhəllədən deyildi,amma hər gün onu bizim məhəllənin qarşısındakı skamyada oturub aglayan görürdüm.İçin-için ağlayıb gözyaşları tökər,bir qədər fikrə gedib sonra düşüncələrindən ayılar ,sakitcə məhəlləni tərk edərdi.Artıq onu hər gün məhəlləmizin qarşısında görməyə alışmışdım.

Tarih 27 Mar 2018 Kategori: Nigar Şemsi

Son sözlər (7-ci hissə)…son.

“Sən birilərinin eşqiylə yaşayarsan,yaradarsan,onun isə umrunda olmazsan..zaman keçər ,biri gələr sənin bu yaşam eşqinə heyran olar,səndəki hərşeyə heyran olar və dəyərləndirər səni,səni özünün idealı bilər və səndən nümunə götürər,səndən öyrənər həyatı,sevər yaşamağı..yaşamaq həvəsini itirən birinə yaşama sevinci olarsan özün də bilmədən .

Tarih 27 Mar 2018 Kategori: Nigar Şemsi

Son sözlər(6-cı hissə)

Natiqdən Zaminin nömrəsini istədim ,təəccübləndi ,ona hərşeyi danışmalı oldum ,beləliklə Zaminə də xəbər çatdı..
O xəstəxanaya gələndə üz -gözü tər içində,hətta üst geyimini belə tərsə geyinmiş vəziyyətdə idi.Bəlkə təlaşdan,ya qorxudan,ya həyəcandan,bəlkə də şaşqınlıqdan yazıq çox bərbad görünürdü,elə bil,dünən axşamkı o səliqəli oglan hec bu deyildi.

Tarih 27 Mar 2018 Kategori: Nigar Şemsi

Son sözlər(5-ci hissə)

Həyəcanla açıb gələn mesajı oxudum və o an nə oldusa yadımda deyil,tək onu bilirəm ki ,gözümü xəstəxanada açdım,ayılan kimi palatadan çölə qaçdım,dəli kimi palataları axtarırdım,hər gördüyüm agxalatlıya Selcan hardadi7 -deyib soruşurdum ,özümdə deyildim,kimsə məni arxadan qucaqladı,sakit ol,indi səni Selcanın yanına aparıram dedi,bu Natiqin səsi idi ,onun sarılışı məni