Kategoriler

Arşivler

Ülvi Ələkbərzadə Kategoriler

Tarih 31 Oca 2021 Kategori: Ülvi Ələkbərzadə

Allahım

“ALLAHIM” *********** Allahım,AllahımNiyə silahı yaratmağa izin verdin?Körpələr atasız qalsın deyəmi?Niyə toplar,raketlər,tanklaryaradıldı,Analar övlad itirsin deyəmi?Niyə “Müharibə” , ” Savaş”sözləri yarandı,İgidlər şəhid olsun deyəmi?Niyə??Allahım…niyə?Oğullar şəhid olur,Körpələr atasız qalır,Analar gözü yaşlı…Körpələrin qəmli baxışların görmürsənmi?Gözlərindən süzülən Gizli göz yaşların hiss etmirsənmi?Toxun körpələrin məsumgözlərinə,Axan yaşları sil,Sil öz əllərinlə, Allah’ım..Nədir onların günahı, Atasız böyüyəcəklər,Həyatı atasız dərkedəcəklər..Analar bu dərdənecə dözəcəklər..?!!O atasız körpələringözlərindən […]

Tarih 31 Oca 2021 Kategori: Ülvi Ələkbərzadə

ÖMRÜME

ÖMRÜME Ömrümə qonaq gəl,Deyirdin…gəldim..Bəs nə verdin mənə???Bir qurtum kədər,Bir dilim qəm-qüssə,Bir stəkan göz yaşı…Sonra, sonra…deyim?Ağrı, acı..”Sənsizlik” şərabı…Hələ də qulaqlarımdan getmir,.Son dəfə dinlətdiyin” Ayrılıq”nəğməsi….Bu idimi gəl,gəl deyirdinGəldim…gördüm…Və ;Əlvida!!!Gedirəm…. Ülvi Ələkbərzadə www.kafiye.net

Tarih 5 May 2020 Kategori: Ülvi Ələkbərzadə

Ən bahasını

Ən bahasını Nəfəsimdə qalanıb,Sənsizliyin ocağı.Necə də rahat imiş,Məhəbbətin qucağı. Gələn gedən daşlayır,Ruhumdakı həsrəti.Gərək sən dinləyəydin,Çeynənmiş nəsihəti. Tanrı qoxusu gəlir,Şeirin sətirindən.Sanki burnum düşübdür,Cəhənnəmin ətrindən. Eşqimin tellərinə,Bir şeir yolum qalıb.Şeirin dodaqları,Dodağmı əsir alıb. Qələm azıb qalıbdır,Beş-on misra o yanda.Yoluna davam elə,Sevgimizdir, bu yanda. Küləyin yanağında,Ümidlər çiçək açıb.Arzular körpələr tək,Qapını döyüb qaçıb. İlmə-ilmə sökürəm,Dərdlərin yaxasını,Qulağıma pıçılda,Sən eşqin bahasını. […]

Tarih 5 May 2020 Kategori: Ülvi Ələkbərzadə

Olar əzizim

Olar əzizim Ağladım bu gecə buludla qoşa,Göz yaşım sel olub yanaqdan daşa,Sən mənsiz ilbəil daha çox yaşa,Mən sabah ölsəmdə, olar əzizim.. Üşüyür dodaqda ayrılıq sözü,Mən ayna bulağın soyuq bir üzü,Həsrətdən sönübdür qəlbimin közü,Mən sabah ölsəmdə, olar əzizim.. Baxacam uzaqdan dağlar başından,Çay olub axacam dağlar qaşından,Bilsəm,silinməyəcəm yaddaşından,Mən sabah ölsəmdə, olar əzizim.. Ə.ÜLVİ Ələkbərzadəwww.kafiye.net

Tarih 21 Nis 2020 Kategori: Ülvi Ələkbərzadə

Qisası alınan günü

Qisası alınan günü Səngərdə üşüyən bir qəmli baxış,Qondu məktublara naxışbanaxış,Ümidlər dolubdur, yağır bir yağış,Həsrət ürəkləri dağlayan zaman.. Torpağı bəzəyir şəhid hünəri,Çiçəyim bəzəyir şəhid üzləri,Allahım qorusun bütün türkləri,Ümidlər bulaqtək çağlayan zaman. Öpür şəhidimin gül yanağından,Qanlara bələnmiş nəmli qərənfil.Öncəsi sevginin əzəl rəmzidir,Torpağa bələnmiş qəmli qərənfil. Bir ümid sönübdür o baş daşında,Hünəri dastandır cavan yaşında,Qəlbimin küncündə həsrət qaşında,Gözləyir […]

Tarih 21 Nis 2020 Kategori: Ülvi Ələkbərzadə

HƏRFLƏR

HƏRFLƏR Hərflər, Kiminin dərdiniKürəyinə alıb,Söz-söz yeriyirAğ kağızda…Kiminin göz yaşınaŞahid hərflər,Tökülür gözlərdənBir damla kimi..Düzülür yarpaq-yarpaqDodaqlara,Göz yaşı tək intihar edib,Düşürlər varaqlara..Sökürlər varağınİlmələrini,Səpirlər ümidinQucağına..Dözmür hərflərdəBu dərdə, kədərə,Yumur gözlərini Qəmdən islanmış dodaqlarınAlnında..Hərfsiz əlifbaya bənzəyir,Sevinc göz yaşları..Keçicidir, gəlib-gedərdirSevinc göz yaşları..Gözlərdən asılanÇiçək-çiçək hərflərLəçək-ləçək hərflərBürünübdür,Küləyə,Bürünübdür,Yelə..Yapışır kirpiklərə..Dönübdür gözləriminƏlifbasınaHərflər… Ülvi Ələkbərzadə ( 02.03.2020)www.kafiye.net

Tarih 26 Şub 2020 Kategori: Ülvi Ələkbərzadə

SOYUQ OLACAQ

SOYUQ OLACAQ Bu gecə yenə misraların dodaqları çatladı, Ayriliq susuzluğundan.. Gəlsənə, gəlsənə Gəlib dodaqlarınla islatsana Misraların dodaqlarını.. Qəlbimin qapısı açıq qalıb, Dolur qəlbimə Soyuq; qar; sazaq, Gəlibdə örtəsənə qəlbin Qapısını. Soyuq olacaq Sənli xatirələrə.. Qəlbimdə yarpaqlamış Ümidə, arzuya… Soyuq olacaq Əzizim, soyuq olacaq. Gəlməsən.. Ə.ÜLVİ Ələkbərzadəwww.kafiye.net

Tarih 26 Şub 2020 Kategori: Ülvi Ələkbərzadə

Kövrək Lilpar

Kövrək Lilpar Bir bulağın gözündə, Bitibdir kövrək lilpar. Ətrafına yayılan, Səssiz bir qoxusu var. Naxış-naxış düzülür, Dodaqlardan süzülür, Küsən kimi birindən, Yarpaqları bükülür. Çay ətrafın bəzəyər, Utancaq,rəngi sarı. Səhər-axşam üstünə, Qonar balaca arı. Yağışı o çox sevər, Mahnı,nəğmələr deyər. O ki günəşi görsün, Sevincdən gülümsəyər. Adı kimi gözəldir, Təbiətdə özəldir, Səhər açılan kimi, O torpaqdan […]

Tarih 9 Şub 2020 Kategori: Ülvi Ələkbərzadə

KÖVRƏK QƏLBİ

KÖVRƏK QƏLBİ Yeni yağan qar belə, üşüyürdü, həsrətindən.. Dodaqları çatlamışdı misraların, İntizar soyuğundan… Soyuğun kirpiklərindən  Ayrılıq küləkləri əsirdi… Göyün üzü sənsizliyin rənginə bürünmüşdü.. Qarın altından ki öpüşlərim Çiçəkləmişdi səni sevdiyim gün.. Sən getdin, Çiçəklərin yanaqlarıda üşüyür, Ayrılığ soyuğundan.. Qəmli göz yaşları İlmə-ilmə sökürdü, Gecənin kövrək qəlbini.. Gecə ürəyimdə, Ürəyimin bir küncündə Məskən salıb, Ümid-ümid yellənirdi… […]

Tarih 7 Şub 2020 Kategori: Ülvi Ələkbərzadə

Bir sətir nəfəs

Bir sətir nəfəs Günbəgün Sökür qəlbimi, bu dərd Misra-misra, söz-söz.. Nə dinə, nə də danışa Bilirəm… Sevinc-gülüş qapılarım da, Örtülüb üzümə, Xoşbəxtlik bir misra Uzaqdır mənə Ulduzlar qədər, Günəş qədər, ay qədər… Uzaq…. Dərdin saçlarına ağlar düşüb, Qəmdən, kədərdən, Fikirdən… Ömrüm yarpaq-yarpaq saralır, Günəşin gözlərinin rəngində… Könlümün çiçək bağçasını Şaxta vurub,intizardan… Onları isitməyə bir sətir […]