şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Balıq kimi dəryalarda üzdün xoş,
Qurbağa tək bataqlığa batdın, heç.
Qarışqa tək zəhmət çəkdin, afərin!
Ayı olub qış uzunu yatdın, heç.
Xatirəm gizlənir qəlb yaddaşında,
Üzünə toxunur gözün yaşında,
Ömrün bu şaxtalı, soyuq qışında,
Qaranlıq otaqda əridikcə şam,
Darıx mənim üçün, darıx bu axşam.
Həyata yenicə açan gözlərin,
Bir ömür sevgiylə alışsın, yansın.
Qəflətdə uyuyub qalmasın ruhun,
İlahi hökm ilə erkən oyansın.
Baxışın üzümə dikili qalıb,
Səni gözlərimdən silə bilmədim.
Eşqimin yuvası sökülü qalıb,
Səni sevirəmmiş, bilə bilmədim.
Yenicə doğulan körpədən başqa,
Ağlatma kimsəni nolar, İlahi!
Sevincdən yaşaran gözlərdən başqa,
Ağlatma kimsəni nolar, İlahi!
Başqasının sevincinə iç çəkib,
Yaşlı gözlə baxmağından səd həzər.
Şər ataraq xoşbəxtliyin yuvasın,
Alt-üst edib yıxmağından səd həzər.
Gecələr oyanır bütün xəyallar,
Yenə sən yadıma düşürsən adam!
Ruhumuz hər axşam görüşə gəlir,
Özümsə özünə gör necə yadam? !