şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
Bilirəm, sən mənim tale payımsan,
Gündüzlər günəşim, gecə ayımsan.
Ömrümün, günümün haqqı-sayımsan,
Aşkar eylə pünhan olan sevgini.
Mən insanam, bir məsləki seçmişəm,
Mən illəri, fəsilləri keçmişəm,
Mən buludam, payz, qışı ağlaram,
Mən bulağam, gecə-gündüz çağlaram,
Ruhən gah yanında, gah uzaqdayam,
Gizlicə dost kimi sevənim sənsən.
Bəlkə bürkülərdə, ya sazaqdayam,
Gizlicə dost kimi sevənim sənsən.
Mənim bu dünyada güvənim sənsən.
Bir dəfə gördüm ki,saralıb rəngi,
Yaşıl cəmənlərdə güllərin rəngi.
Dedim əhval alım,bir sorum nədi,
Nədən bəyazlaşıb güllərin rəngi ?
Gəlsən sevgimizin qoxusun alaq,
Süzək badələri, qəlblərə dolaq.
Bir deyək, bir gülək, bəxtiyar olaq.
Sevən sevilənin oduna yansın.
Bir “Cəngi” çal, qoy subaylar oyansın!
Bilirəm, sən mənim tale payımsan,
Gündüzlər günəşim, gecə ayımsan.
Ömrümün, günümün haqqı-sayımsan,
Aşkar eylə pünhan olan sevgini.
Mən insanam, bir məsləki seçmişəm,
Mən illəri, fəsilləri keçmişəm,
Mən buludam, payz, qışı ağlaram,
Mən bulağam, gecə-gündüz çağlaram,
Çoxları yas tutur sənin halına,
Niyə ağlamırsan axı sən dünya.
Ata əl qaldırır doğma balaya,
Bacı gözdikir bacı yarına,
Mərdlərin içindən seçin namərdi,
Əsilsizdi,gedib elə qarışar.
Kökündən qurudun qaratikanı,
Baharda göyərıb,gülə qarışar.
Sən oldun ömrümə bəla gətirən ,
Ömrümü mənasız sayan həsrətim.
Sevgimin bağında tikan bitirən,
Məni səhralarda qoyan həsrətim