şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
GÜLÜMSƏYİR ÇİÇƏKLƏR Tanrı sənin ürəyindən dəribdir,Yollarıma sevincini səribdir.Baxışların sevgi ətri səpibdir,Əllərimdə gülümsəyir çiçəklər. Könlün burda hər gün qanad çalıbdı,Duyğu-duyğu xəyallara dalıbdı.Üz-gözündə məhəbbətin qalıbdı.Əllərimdə gülümsəyir çiçəklər. Aygün, həsrət ilmə-ilmə sökülür,Ayrılığın daha qəddi bükülür.Hər ləçəkdən sevgi nuru tökülür,Əllərimdə gülümsəyir çiçəklər. AYGÜN HÜSEYNSevin –Sevilin !!! Aminnnn www.kfiye.net
SEVMİŞƏM SƏNİ Adın nəğmə olub gül dodağımda, Gülür təravətin can otağımda, Ömrün baharında, könül bağında, Çiçəklər açanda sevmişəm səni. Sərmişəm ömrümü illərin üstə, Həvəsim coşubdu sellərin üstə, Açıb qanadını güllərin üstə, Kəpənək uçanda seçmişəm səni. Aygün yerə atıb həsrət daşını, Ruhunda yaşadır can sirdaşını. Bülbül gül üstünə qoyub başını, Boynunu qucanda sevmişəm səni. SEVƏK—SEVİLƏK!!!! AMİN […]
Qardaş Türkiyəmizin qədim SULTANSƏHƏR SİVASA SİVAS Könül qanadlanır hər qarışında,İstər baharında, istər qışında.Türkün həniri var yurd yaddaşında,Ulu ocağımın közüdür SİVAS Ürəyim sevinclə kükrəyir, daşır,Vətən, yurd dilində torpaq danışır.Küsən duyğular da burda barışır,Qəlblərin məhəbbət sözüdür SİVAS Bu eldə ürəklər bulaq tək təmiz,Axar həzin-həzin, səssiz, səmirsiz.Sevgi ətirlidir hər cığır, hər iz,Həqiqətin görən gözüdür SIVAS Aygün, misraların açılıb […]
ŞABANIM (Müsəlman təqviminin Şaban-Peyğəmbər ayına həsr edirəm) Ayların içində müqəddəsimsən,Haqqin dərgahına gedən səsimsən.Sənə dəyər verən Xaliqə əhsən,Hər anın əzizdir mənə, Şabanım! Heç vədə qalmadım ibadətimdən,Yaradan agahdır hər niyyətimdən,Könlümə pay göndər səadətindən,Hər anın əzizdir mənə, Şabanım! Hər etdiyim dua, qıldığım namaz,Aygünün qəlbinə yaz gətirir, yaz.Quran sədalıdır sinəmdə avaz,Hər anın əzizdir mənə, Şabanım! ŞABAN ayımız—-MÜBARƏK OLSUN!!! AMİN […]
Ayların içində müqəddəsimsən,
Haqqin dərgahına gedən səsimsən.
Sənə dəyər verən Xaliqə əhsən,
Hər anın əzizdir mənə, Şabanım!
Sən işıq səpmisən vətən sözünə,
Od, hənir olmusan yurdun közünə,
Müqəddəs rənglərin gülür üzümə,
Arzum, həvəsimsən, üçrəngli bayraq!
Balan tək sinənə başımı qoydum,
Ana nəvazişi, ətrini duydum.
Qəlbimdə sönməyən atəşim, odum,
Doğma ocağımsan, Odlar Diyarı!
Çiçəkləyib arzu, dilək,
Duyğularım həzin, kövrək.
Bir məhəbbət məktubu tək,
Ürəyini göndər mənə.
Göy başim üdtə bir mavi çətir,
Yerlərə baxiram min rəngə çalir.
Bürüyüb dünyani neçə min ətir,
Adamin huşunu başindan alir.
Soyunur yay donunu,
Ağaçlar yarpaq–yarpaq.
Özünü günə verir,
Meşələr çilpaq–çilpaq.