Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 21 May 2023 Kategori: Təvəkkül Goruslu

DİRİLDƏ BİLMİR

DİRİLDƏ BİLMİR Düşüncə o qədər durğundu, şüur, Çalışır, əlləşir durulda bilmir. Ruh da ki, o qədər yorğundu, qürur, Toxluqla ilhamı dirildə bilmir! Dalğasız, ləpəsiz dənizdi yaddaş, Xatirə küləyi əsmir üstündən. Əlçatmaz, ünyetməz arzular sirdaş, Məzarlıq çiçəklər bitər dəstindən! Bu sükut, səssizlik ölümdən betər, İdrakda fırtına, tufan istərəm. Yazılan, söylənən hamıya yetər, Qəlblərə asayiş, irfan istərəm! […]

Tarih 18 May 2022 Kategori: Təvəkkül Goruslu

BƏŞƏR

BƏŞƏR Nəhəng ağacdı dünya, Buludlar yarpaqları. Ulduz-ulduz çiçəklər Bəzəyir budaqların. Qürub edincə günəş, Buludları saraldır. Yetişən qaranlıqlar, Göy üzünü daraldır. Sıxılınca üfüqlər, Toparlanır ulduzlar. Durna kimi səmada, Qaratlanır ulduzlar. Saymaq olmur, sayı yox, Ölçüləri müxtəlif. Gözəllikdə tayı yox, Çiçəklərə müxalif. Tanrı tale saatın Qurunca yerə düşər. İlahi bir ağacın, Meyvəsimi bu bəşər? Təvəkkül Goruslu. 18. […]

Tarih 22 Kas 2021 Kategori: Təvəkkül Goruslu

GÜN DOĞUB

GÜN DOĞUB Yenə bu şəhərə gün doğub , Allah, Doğub həmin yerdən, çıxdığı yerdən. Yenə bu şəhərə gün doğub , Allah, Doğub intizarı yaxdığı yerdən. Yenə bu şəhərə gün doğub , Allah, Boyanıb hər tərəf işığa, nura. Ertədən açılıb bir gözəl sabah, Sevgili baxışlar bir-birin sara. Yenə bu şəhərə gün doğub , Allah, Yarpaqda bərq […]

Tarih 22 Kas 2021 Kategori: Təvəkkül Goruslu

ŞƏHİDİMİZ VAR

ŞƏHİDİMİZ VAR Düşmən ki, naxələfdi, qutarmayır qan-qada, Neçə oğullarımız eylədilər can fəda, Haqqı qoruyanları qorumadın ey Xuda, İçimiz qan ağlayır, yenə şəhidimiz var! Bu Vətənin torpağın canından əziz bilib, Yağının sürüsünə boz qurdlarım təpilib… Çölə, düzə, təpəyə qərənfillər səpilib, İçimiz qan ağlayır, yenə şəhidimiz var! “Yanı” himayə edib kafirlər haqqı danır, Başı yoxdu əbləhin , […]

Tarih 25 Eki 2021 Kategori: Təvəkkül Goruslu

BU NƏ GEDİŞDİ

BU NƏ GEDİŞDİ Öz doğma ocağının qoru, hərarətiydin, Bacının vüqarıydln, əzmi, əzəmətiydin, Qardaşlıq baxçasının ətri, təravətiydin, Əcəllə üzləşincə, ölümə verdin yaxan, Bu nə gedişdi qardaş, bu nə vidaydı, Elxan! Sənə şeir borcum var, yazmasam ruhum yanar, Yazsam kağız alışar, əldə qələmim sınar, Şerimin hər misrası, hər bəndi səni anar, Bu gediş ki, var fəqət, tanımayır […]

Tarih 12 Ağu 2021 Kategori: Təvəkkül Goruslu

OYUNBAZLIQ

OYUNBAZLIQ Girib Qarabağda tələlər qurub, Rus yenə başlayıb oyunbazlığa. Girib “jirik” lərin dalında durub, Rus yenə başlayıb oyunbazlığa! iki yüz ildir ki, gətirib “hay”ı, Əskilmir onun da dərdi, ah- vayı. Qafqazda “dostu” yox “hay”dan savayı, Rus yenə başlayıb oyunbzlığa! Burnunu soxunca Azərbaycana, Bax nələr eylədi “hay”lardan yana. Bir nifrət simvolu olub duyana, Rus yenə başlayıb […]

Tarih 29 Tem 2021 Kategori: Təvəkkül Goruslu

ÖMÜR ÇİÇƏYİM

ÖMÜR ÇİÇƏYİM Şaxtaya tuş oldun, qışa tuş oldun, Dayandın …solmadın , ömür çiçəyim. Qayaya tuş oldun, daşa tuş oldun, Yolundan olmadın, ömür çiçəyim. Taleyə eşq yazdı qələmin biri, Önünə xətt çəkdi, pozdu digəri, Bir başqa yönəmdə cızdı məhvəri, Yolundan qalmadın, ömür çiçəyim. Bal deyil , bu ömür, bu həyat dedin, Yayı da, qışı da, off, […]

Tarih 23 Tem 2021 Kategori: Təvəkkül Goruslu

EY UCA BƏNDƏ

Ali Baş Komandana məktub EY UCA BƏNDƏ Düşünüb – daşınıb son olanları, Səndən bir ricam var paşam, əfəndim! Dünyaya faş edək ağ yalanları, Qərbi Zəngəzurda qalıbdı kəndim! Babamın, nənəmin məzarı orda, Nigaran ruhları qalıbdı darda, Nəvələr fikirdə, naleyi – zarda, Qərbi Zəngəzurda qalıbdı kəndim! Erməni dövləti yaradılanı, Rusiya Qafqaza atdı bəlanı, İtirdik Göyçəni , həm […]

Tarih 7 Tem 2021 Kategori: Təvəkkül Goruslu

BƏLKƏ DƏ

BƏLKƏ DƏ Bir tale dərmanı deyilsə bir eşq, Sevgi də yalandı, eşq də yalandı! Olmadı mehrabı uca göylərin, Həyatın içində ömür talandı! Bəlkə də hər tale atılan zərdi, Bir üzü xeyirdi, bir üzü şərdi. Qalan dörd üzünün bitmədi dərdi, Könül pənc önündə yekdi nalandı! Gücü yox dikələ, qalxa, silkinə, İlləti tərk edə, dönə ilkinə! Bəlkələr […]

Tarih 11 Haz 2021 Kategori: Təvəkkül Goruslu

SÖZƏM

SÖZƏM Alnımın qırışı, saçımın rəngi, Bu zalım dünyayla etdikcə cəngi, İllərə yas tutan ömrün çələngi, Zamanla vuruşda gücsüzəm, gülüm. Alnımın qırışı dərindən- dərin, Zirvədə cığırı dərdin, kədərin, Bəlkə də imzası fövqəl qədərin, Zamanla vuruşda gücsüzəm, gülüm. Saçımın rəngini dəyişən illər, Döndərdi, dəyişdi neçə fəsillər, Dövranı durdurmur güllələr, güllər, Zamanla vuruşda gücsüzəm, gülüm. Söylədin “alnına qırışlar […]