Kategoriler

Arşivler

Günel Türksoy Kategoriler

Tarih 2 Tem 2023 Kategori: Günel Türksoy

Mən Atamdan güc almışam…

Mən Atamdan güc almışam… Mən Atamın gedib gələn nəfəsinin Küləyindən güc almışam,yıxılmaram! Mərhəmətlə,ləyaqətlə möhkəm vuran Ürəyindən güc almışam,yıxılmaram! Kürəyinə söykəməkdən kürəyimi Hiss etmirəm indi nə qar,nə sazağı. Mən Atamın baxışından güc almışam Görmək üçün həm yaxını,həm uzağı. Bu dünyanın dağdan ağır yüklərini Şələləyib daşıyıram belim üstə. Yorulmuram,çünki hər an hiss edirəm Mən Atamin əllərini əlim […]

Tarih 19 Haz 2023 Kategori: Günel Türksoy

YOXDUR

YOXDUR Mən gecənin sirdaşıyam ulduzlarla baş qatıram, Ayla bölüb dərdlərimi,günəş çıxır mən yatıram. Ayı günəşə satıram,günəşi aya satıram Guya başqa dərdim,sərim,şikayətim yoxdur mənim?! Ağır dərdi qaldırıram,yüküm belimi yandırır, Nə yerə qoya bilmirəm,odu əlimi yandirir, İçim sözümü yandırır,sözüm dilimi yandırır, Həqiqəti söyləməyə cəsarətim yoxdur mənim. Arzularım gül açmamış tumurcuqun yel apardi, Gözûm qaldı yollarında ,gözlərimi sel […]

Tarih 10 Haz 2023 Kategori: Günel Türksoy

GÖRÜNUR

GÖRÜNUR Təpələr dağ boydadır sarsağların sözündə,Dağlar təpə boydadır alçaqların gözündə,İnsanları bir yana bu dünyanın özündəQaralar ağ görunür,ağlar qara görünür. ******** Fərqi yox dünya üçün kim haqqlı,kim müqəssir,Ən çətin imtahana çəkir hamını bir-bir,Düzüb dar ağacına fələk əlində kəndir,Uzaqdan ürəkləri para-para görünür. ********** “Gəlin haqqın yoluna!”-Peyğəmbər verib xəbər,Nədənsə bu dünyada ədalətdən yox əsər,Şeytanın arxasınca sürünür bütün bəşərUcu-bucağı […]

Tarih 10 Haz 2023 Kategori: Günel Türksoy

Həyatımın yolları

Həyatımın yolları Həyatımın ayağına yıxılıb Nəfəsimin balağından tutmuşam. Yüz ölçmüşəm,bir biçmişəm yolumu Addımımı yola görə atmışam. Cəsarəti baxışıma bəndləyib Təbəssümû kökləmişəm üzümə. Keçirərək haqqı bir-bir gozümdən Tikmişəm mən hər dediyim sözümə. Düşüncəmə calamışam ağlımı Bir gözümlə keçmişimə baxmışam. Əllərimdən Allah tutub əzəldən Çətinlikdən asanlıqla çıxmışam. Müəllif : Günel Türksoy www.kafiye.net

Tarih 6 Haz 2023 Kategori: Günel Türksoy

Bəlkə bir az dəli olum?

Bəlkə bir az dəli olum? Bəlkə bir az dəli olum? Almayım heç nəyi vecə! Nə gündüzlər qəmli gəzim, Nə ağlayım mən hər gecə. Lap itirim yaddaşımı, Keçmişimdən iz qalmasın. Dünənimdən sabahıma Danışmağa söz qalmasın. Nə kiməsə könül verim, Nə kiminsə könlün alım. Hərə çəksın öz dərdini Biraz dərddən uzaq qalım. Yavaş-yavaş havalanıb Öz-özümə deyim-gülüm. Doğulandan […]

Tarih 26 May 2023 Kategori: Günel Türksoy

AYRILIQLAR QOVUŞDURDU..

“AYRILIQLAR QOVUŞDURDU…” Ayrılıqlar ayırmadı yaddaşlardan Ötüb keçən xoş ayları,xoş illəri. Ayırmadı,qovuşdurdu gözdən axan Göz yaşıyla, gələn-gedən fəsilləri. Ayrılıqlar barışdırdı tənhalıqla Tənhalıqdan parçalanmış ürəkləri. Əsən yelə pay eylədi,neçə-nəçə Arzuları,istəkləri,diləkləri… Ayrılıqlar danışdırdı lal dilləri Yol üstündə donub qalmış baxışlarla. Ayrılıqlar ayırmadı,qovuşdurdu Xəyalları küləklərlə,yağışlarla. Müəllif :Günel TürkSoy www.kafiye.net

Tarih 26 May 2023 Kategori: Günel Türksoy

Anaların nağılı

Anaların nağılı Beşiyimdə oxuduğun laylanı İndi oxu mənim üçün ay Ana. Sakit-səssiz yer tapmıram baş qoyum Dizlərini gətir mənə pay,Ana. Gəl sığal çək bu bəlalı başıma, Al əlinə ürəyimi dincə qoy. Cüt ayaqla yeriməkdən yoruldum, Tək ayaqla,yenə məni küncə qoy. Uşaq vaxtı söylədiyin nağıllar Qulağımdan yaddaşıma dağıldı. Yaşadïqca anladım ki,bu həyat Anaların danışdığı nağıldı. Müəllif […]

Tarih 21 May 2023 Kategori: Günel Türksoy

“AYRILIQLAR QOVUŞDURDU…”

“AYRILIQLAR QOVUŞDURDU…” Ayrılıqlar ayırmadı yaddaşlardan Ötüb keçən xoş ayları,xoş illəri. Ayırmadı,qovuşdurdu gözdən axan Göz yaşıyla, gələn-gedən fəsilləri. Ayrılıqlar barışdırdı tənhalıqla Tənhalıqdan parçalanmış ürəkləri. Əsən yelə pay eylədi,neçə-nəçə Arzuları,istəkləri,diləkləri… Ayrılıqlar danışdırdı lal dilləri Yol üstündə donub qalmış baxışlarla. Ayrılıqlar ayırmadı,qovuşdurdu Xəyalları küləklərlə,yağışlarla. Müəllif :Günel TürkSoy www.kafiye.net

Tarih 21 May 2023 Kategori: Günel Türksoy

DÜNYA

DÜNYA Daha nə səsləyən,nə gözləyən var, Döyülmür qapılar,yol çəkmir gözlər. Qəlblər daşa dönüb,dillər zəhərə, Dəyişib baxışlar,dəyişıb üzlər. Öz gücün,qüvvəsin yoxlamaq üçün Dost dostun kürəyin nişana alır. Birinin arzusu həyata keçir Birinin həyatı yarıda qalır. Kiminin gözündə bahadı dünya, Kiminin gözündə ucuz bazardı. Dəvəyə qanadı verməyən Allah, Bəs sənin bəxtini necə yazardı?! Müəllif : Günel TürkSoy […]