Kategoriler

Arşivler

Gülnare İsrafil Kategoriler

Tarih 8 Haz 2020 Kategori: Gülnare İsrafil

Qızım Olsa

Qızım Olsa Gərək başından ora gedərdik, çox da uzaq deyil, bu küçənin o biri üzü.O qız uşağına bax çox şirindir.Hə, qız uşaqları şirin olur.Qızım olsa, adını İlayda qoyacam.İlayda?Olar Allahın izni ilə.Bu olmayacaq.Elə demə! Mənası? Cənnətə girən çiçək.Keşkə bu qədər icməsən. İçmə deyəcəm amma ölümlə həyatın arasında bir yol gedirəm… Saçları bəmbəyaz traş olmuş bir kişi […]

Tarih 2 Nis 2020 Kategori: Gülnare İsrafil

Gəlin köçür daş gecəm

Gəlin köçür daş gecəm Bəzən gecə qaranlığına bürünür istəklərim,Bəzən Günəş doğur ürəyimdə çıraq-çıraq.Bəzən məni göy üzündə gəlin edir,Bəzən isə məhv eləyir göydən yerə çırpılaraq.Bu istəkdən ömür yoğrulur, gecə doğrulur.Axmır, sızmır, damarım.Üç nöqtə…Bir ağacın budağından hərdən heç olmasa bülbül səkir-bəy quş ötür, bilirsən ki, budaq var; canıma qarışqa dolur, sivri- sivri otaqlar.Bir pəncərə nəfəs yox, bir […]

Tarih 3 Mar 2020 Kategori: Gülnare İsrafil

ÖMRÜNDE BİR DEFA

ÖMRÜNDE BİR DEFA Bizim uşaqlığımızda şax modda idi. Üstünə hər növ şokolad, konfet bakkuşa qədər asılırdı. Bəyin siqareti, çaxmağı, şərabı, yanında iki qədəhi. Köynək, corab- dəsmalı. Alma, nar bircə kartof asılmırdı, indi məni kimsə sağdış tutsa, kartof da asardım, hətta üz gözünü də bəzəyərdim ki, bilməsinlər o nədir. Deməli, bacımı sinif yoldaşı sağdış tutub, bəy […]

Tarih 10 Oca 2020 Kategori: Gülnare İsrafil

İcimdə ölənlər (ikinci hissə)

İcimdə ölənlər (ikinci hissə) Sabahların açılmasını istəmirdim. Göz yaşı tökmədən yemək yediyim gün olumurdu. Elə vaxt olurdu ki, bacımın divana vurduğu təpiyinə yuxudan oyanırdım. “Allah canını alsın” sənə demirəmmi dur. Sabahın şirin yuxusunda sabahı nifrinlə açmaq necə dəhşətli idi. Evi gecənin birində qondurmuşdular. Yağış yağanda başımıza yağırdı. Qəlbimi qırıb ağladıb qazanda axşama bir pay saxlayırdı. […]

Tarih 8 Oca 2020 Kategori: Gülnare İsrafil

İçimdə ölənlər.

İçimdə ölənlər.. Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi isə ürəyim doludur, mütləq bir […]

Tarih 26 Kas 2019 Kategori: Gülnare İsrafil

Günəşin batdığı yerdən

Günəşin batdığı yerdən Sözün başladığı yerdən başlayır həyatın canlılığı. Elə buna görə də sözü sözə qoşub içimizdəki olğunluğu ifadə edirik. Söhbət bir şairin şeirindən və ya bitkin misralarından gedir… Qafar Şövqinin şeirləri, ədəbiyyatda ayrıcalıq təşkil edir. Günəşin batdığı yerdən üzümüz qarə çıxıb, Daşın altında qalan sirrimiz aşkarə çıxıb. Qaranlığı şair günaha, başı aşağılığa bənzədir. Seirdə […]

Tarih 12 Eki 2019 Kategori: Gülnare İsrafil

Bir Lop Tüprük

Bir lopa tüprük düşdü üzümə əcaib görünürdü adam. Nəfəsi kəsilirdi. Tövşək yola baxırdı, əlini uzadıb az əvvəl tüpürdüyü tüprüyü silirdi və apardılar, o tərəfə apardılar sənsə görmədin, görməzdən gəldin. Dilim güclə söz tutdu nəyi?
Nəyi olacaq qoçun buynuzlarını, sinə daşını və bir neçə eksponatı. Bu dəfə əlini atıb yaxamdan yapışdı. O muzeyin talanmasında sənin də günahın var. Gözlərim açıldı. A kişi nə deyirsən, nə muzey? Özünü tülkü ölümlüyünə vurma! Nəfəsim

Tarih 23 Eyl 2019 Kategori: Gülnare İsrafil

Vətən dərdim, əsirlikdədir oğulların!

Əsasən sevgi mövzusunda və   cəmiyyətdə olan haqsızlıqlara qarşı öz fikirlərimi yazıram. Hətta bəzən başqasının yaşadığı hissləri oxuculara çatırıram. Amma mənim yazılarımın əsas mövzusunu, vətənpərvəlik mövzusunu təskil edir. Gəlin belə deyək: nə üçün torpaqı, havası, suyu gözəl doğma torpaqlarımızdan ayrı düşməliyik? nəyə görə biz Ağdamsız, Şuşasız, Laçınsız yaşamalıyıq. Mən istəmirəm Urmia kimi, Təbiriz kimi, Dərbənd kimi, İrəvan, Göyçə mahalı kimi Qarabağımızı da itirək. O torpaqlar bizim bir parçamızdır… elə bilirəm parçalarımı itirmişəm.