şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
SƏNİ QINAMIRAM (Amma xəyallarımda sevmişdim) Səni qınamıram sevmədin məni, Səni qınamıram məni görmədin. Səni qınamıram qumral saçların Mənim əllərimlə niyə hörmədin? Səni qınamıram məni görmədin, Səni qınamıram duymadın andı. Səni qınamıram nədən üzümə Gözlərin yumuldu, qəlbin qapandı? Səni qınamıram duymadın andı, Niyə açılmadı bir qaş-qabağın? Səni qınamıram axı, sən niyə, Nədən eşitmədin yalvarışlarım? Səni qınamıram […]
….. A Y İ Y D Ə Ç İ Ç Ə Y İ ….. ( Və bu iydə çiçəyinin yanında yazdım İndiki bu şeiri də) ———————— Ay iydə çiçəyi, iydə çiçəyi, Nələri düşündüm,nələri andım? Sizi gördüm,mən on səkkiz yaşımda Elə bil ki olduğuma inandım. Sizə baxdım,yenə çıxdım yollara, Çeşmədən qayıdan o qızı gördüm. Görüb də […]
O C Ü R Q A L A Y D I Q Kaş,elə o cürə qalaydın,gülüm- Dodaqda təbəssüm,gözdə fərəh,şən… Başına nə duman,çən qonmayaydı, Solmayaydı yollarında nə gülşən! Qonmayaydı başına nə duman,çən, Çəkməyəydi dil-dodağın bir ah da! İtməyəydi təravətin,nə ətrin, Yazmayaydı bu yazını Allah da! Dodaqda təbəssüm,gözdə fərəh,şən, Olaydın qönçə-tər gül budağında! Xəzan görüb,tökməyəydi yarpağın Kolun-kolağatın,nə […]
L A L D I M I Badi -səba, de, nə olur, o dildar Bir soruşub, xəbərimi aldımı? Bilib yıxılmışam, üzü üstəyəm, Barı gülüb, bundan məmnun qaldımı? Bilinmədi tuzaq kimin tuzağı, Etdi, qoydu yolunda köz qalağı, Bir ovucdan içdiyimiz bulağı Anıb,yanıb, canına od saldımı? Sinəm təndir, dilim ocaq sacıdı, Göz yaşlarım,ahım qardaş – bacıdı, Ağzım […]
B İ R D Ə G İ R M Ə Y U X U M A İnsaf eylə barı, girmə yuxuma, Ta istəməm ki göz yaşı tökəm mən. Ta istəməm, bir də səni görüncə, Ki büküləm,önündə diz çökəm mən. İnsaf eylə barı, girmə yuxuma, Bir də gəlib,qəfil tutma əlimdən. Bir də gəlib,aralama əllərim Sirr dolusu […]
G Ə L Ə C Ə Y Ə M M ƏN ….. Ey qələm-dəftərim, siz ey dostlarım, Bilirəm, tezliklə öləcəyəm mən. Eşqimi,sevgimi,məhəbbətimi O qara torpaqla böləcəyəm mən. Pozmayıb ürəkdən arzu,niyyəti, Nə məni sanmayın siz müvəqqəti, Sizlərə yan baxan hər ziy-ziynəti Orda da qəlbimdən siləcəyəm mən. Deməyin nə peşə,ya ki nə məşqmi, Danmaram etdiyim ilk eşq […]
ALLAH, ŞÜKÜR SƏNƏ….. ALLAHIM, çox şükür, çox şükür SƏNƏ! Qələm olmasaydı,mən sürünərdim. Qələm olmasaydı donub, üşüyüb, Buzlar libasıyla lap bürünərdim. ALLAHIM, çox şükür, çox şükür SƏNƏ! Ki nəyə möhtacdım, SƏN onu verdin. Eşidib səsimi, duyub həvəsim, Arzunun,istəyin sonunu verdin. ALLAHIM, çox şükür, çox şükür SƏNƏ! Çölüm qar olsa da, könlüm yaz oldu. Ən acı-ağrıda, hər […]
G Ü L N U R A (Küsmə məndən) Gülnur qızım incidi, Qızlardan birincidi, Axı,ona nə dedim, Babasından incidi? Baharımdı,yazımdı, Ördəyimdi,qazımdı, Qızların ən gözəli Mənim Gülnur qızımdı! Ayım,günüm,ulduzum, Çörəyim,suyum,duzum, Sənsiz bir gün olmasın, Ay mənim Gülnur qızım! Gülnur qızım dil açdı, Sanki bağda gül açdı, Bir baxışı,gülüşü Min-bir dərdə əlacdı. Dili yaman ballıdı, Yanağı da […]
Bir qadına.Olmuş əhvalat…Və indi peşman olduğunu da bilirəm doğmalardan uzaqda… Ta Allah da yer üzünə baxmadı Bir zaman eşqinə and içən qadın, Kim səni aldatdı,bu günə saldı? Elə uydun,elə döndün,dəyişdin, Əməlinə şeytanlar da çaş qaldı. Kim səni aldatdı,bu günə saldı? Andın-amanın da döndü,dəyişdi. Yer də,göy də- hər şey döndü tərsinə, Dil damaqla,damaq dillə əyişdi. Elə […]
APARMISAN YUXUMU… “Belə sevdim dünyanı” adlı kitabımdan. Aparmısan sən özünlə yuxumu, Kirplklərim bir-birinə sarılmaz. Aralıqda hicran dağı çox uca, Nə aşılmaz, nə çapılmaz, yarılmaz. Aralıqda hicran dağı çox uca, Bir üzü bahardı,bir üzü qışdı. Bir üzü od yağıb,köz püskürən yay, Bir üzü payızdı,yağmur-yağışdı. Aralıqda hicran dağı çox uca, Ölçüləmməz,müqayisə edilməz. Yüz-yüz, min-min, milyon-milyon ilə də […]