Kategoriler

Arşivler

Sara Kategoriler

Tarih 17 Nis 2021 Kategori: Sara

Men ve Bizimkiler

Men ve Bizimkiler Mənim atam və anam ayrılıqda və birgəlikdə o qədər məşəqqətlər yaşayıblar ki,..şəxsi həyatları alınmayıb, valideynlərindən, qardaş-bacılarından uzaqda yaşayıblar və s… Onların genetik və qazanılmış şərtlərlə belə, ağır xəstəlikləri olmayıb, orqanizmləri sağlam olub, dərd sindromuna düşməyiblər. Bəzən həyatlarından danışırdılar, amma ahəstə nəql edirdilər. Ağlamsınırdılar, təəssüflənirdilər, amma ittiham etmirdilər, şikayət etmirdilər. Həyatdan istənilən şikayəti […]

Tarih 10 Mar 2021 Kategori: Sara

Teatr üçün çox darıxmışam

Teatr üçün çox darıxmışam Mənim teatrım evimizdən, binamızın blokundan başlayıb. Sonra məktəb səhnələri, qəsəbə klubunun səhnəsi…Böyük səhnələr isə məni tamaşaçı kimi tutub saxlaya bildi. Bunda bir sehr var, dostum! Tamaşaçı rolumu əldən vermək istəmədim və indiyədək teatr səhnəsəini qarşılayan və onun pərdəsinin açılışını səbrsizliklə gözləyən bir tamaşaçıyam. Mən teatrlara müəllimlərimlə gəlmişəm. Onlar məni aktyorlarla, rejissorlarla […]

Tarih 9 Mar 2021 Kategori: Sara

Bərabər insanlar

Bərabər insanlar Bütün sözlər eynidir, amma dillər fərqldir,Bütün səslər eynidir, amma fərqli duyumu var,Bütün gözlər eynidir, amma fərqli baxışı var.Bütün əllər eynidir, amma ovuc açan, yumruq yığan təhəri var…Bütün günlər eynidir, çünki sonda gecələnər,Bütün yollar eynidir, çünki sonda düyünlənər…Bütün insanlar bərabərdir, amma kişilər qadınlar kimi deyil,Bütün insanlar bərabərdir, amma uşaqlar böyüklər kimi deyil,Bütün insanlar bərabərdir, […]

Tarih 29 Oca 2021 Kategori: Sara

Ağdam- can şəhər!

İYUL 23, 2017 Ağdam- can şəhər! …Bugün Ağdamı düşünmüşəm. Bir daha düşünmək məhsuldar oldu. Xeyli araşdırmalar etdim. Yadların könlündə, gözündə Ağdam iniltisini duydum. Düşmənlərin yox ha, üçüncü tərəfdən olanları deyirəm. Onlar bizim üçün də, Ağdam üçün də yaddırlar axı. Sözümün canı var… Mən Ağdamı heç vaxt görməmişəm. Amma müasir texnoloji imkanlardan istifadə edərək onu tanıya […]

Tarih 26 Oca 2021 Kategori: Sara

Meyvələr və insanlar.

Meyvələr və insanlar. Dünən bir gənc kişinin ictimai yerdə ağacdan heyva dərdiyini gördüm. Haqsız yerə ürkdüm. Niyə ürkdüyümü indi şərh edim. Azərbaycanda meyvələr çoxdu, ucuzdu, addımbaşı satılır və insanlar nəinki onları yeməkdən, hətta onları görməkdən belə, doymuş kimidirlər. Görəsən bu adam bahalı maşından düşüb, yavaş-yavaş ağaca yaxınlaşıb, oğrun-oğrun ağacın altına girib hədəfinə əl uzadanda nəyin […]

Tarih 25 Oca 2021 Kategori: Sara

YOLLAR

YOLLAR Yol almaq. Yol başlayanda hərəkəti yox, sözü düşünürsən. Yanında kimsənin olması o sözü paylaşmaq üçündür… Paylaşmaq maraqlı təcrübədir. Yanındakı ilə hesablaşmaq sonra fikrini bölüşmək, daha sonra onun vizual və ya verbal rəyini almaq… Söz beləcə bitər, səsə varandan sonra. Hətta fikir sözsüz qaldıqda belə səssiz qalmır. Gözlərini yummağa, kirpiklərini bir-birinə dolaşana qədər sıxmağa, bəbəklərini […]

Tarih 21 Oca 2021 Kategori: Sara

Günün gerçek günü

Günün gerçek günü Gerçek kelimesini gerçek olarak mahvediyoruz ama gerçek bir gün olarak kutluyorum. İşte bu gerçek gün. Gerçek hayatın zamanın gerçekleriyle biz Azerbaycanlılara verildiği o gün, sevgi-nefret, ölüm kalım! O gün olmadı başımıza, hayatımıza takılı kalmadı, geçmedi. O gün unutulan geçmişten ve öngörülen gelecekten kopuk bir zaman kesimidir. O sırada ölenlerin hayatından yeni bir […]