Kategoriler

Arşivler

Mezahir İsgender Kategoriler

Tarih 31 May 2021 Kategori: Mezahir İsgender

Hardasan, Məzahir

Hardasan, Məzahir Hardasan,ay Məzahir sən? Əlin əldən üzüldümü? Olan bu Kür,Araz çayı Gözlərindən süzüldümü? Nə gördüyün sonsuz səma, Nə yağış o yağış deyil. Nə tuşlanan,baxan bu göz, Nə baxış o baxış deyil! Hardasan,ay Məzahir sən? O od-ocaq,köz söndümü? Yoxa çıxdı dost-tanış da, İndi səndən üz döndümü? Nə gördüyün bu bağça-bağ, Nə də bu dağ o […]

Tarih 18 May 2021 Kategori: Mezahir İsgender

YAZIĞIN GƏLMƏSƏ DƏ

YAZIĞIN GƏLMƏSƏ DƏ Yadımdadı,hər şey yadımdadı – Gözlərimin gözlərinə yalvarışı da, Gözlərinin gözlərmə şimal baxışı da… Başımı,gözümü,üzümü,gecəmi- gündüzümü                           döyəcləyən qəzəb yağışı da… Yadımdadı göylərin o günə qarğışı da… Ulduzların gözlərimdə sayrınışı, Vaxtın,zamanın,anın dayanışı da, Bəxtin,talenin,qismətin mənimlə                            qovdu-qaç yarışı, Basılıb,özümdən asılıb,                           özümün-özümə qəbir olub,                           özümün-özümdə quylanışı da ; Dünyanın ilan olub qıvrıla-qıvrıla,burula-burula, […]

Tarih 18 May 2021 Kategori: Mezahir İsgender

SƏN DƏ, MƏN DƏ / AYRI DÜNYADA

SƏN DƏ, MƏN DƏ AYRI DÜNYADA Sən də,mən də ,gülüm,ayrı dünyada, O da,bu da bənzərsizdi,fərqlidi. Mənim dünyam mənim kimi müəmma, Sənin dünyan dəlisovdu,dəlidi. Bu dünyalar bir-birinə bənzəməz, Bir ayrı cürədi rəngi,dadı da. Bir ayrı tərəfə,bir özgə səmtə Çapar da hərəsi fərqli atında. Bir ayrı cürədi rəngi,dadı da, Birində bahardı,birimdə qışdı. Birində dan çağı,sübhə hazırlıq, Birimdə […]

Tarih 13 May 2021 Kategori: Mezahir İsgender

ŞAİR QİYMƏTİ

POEMA ( ” Ağlayan məzar “) ————– PEYĞƏMBƏRİN                                 ŞAİR QİYMƏTİ                              “Göylərin altında bir xəzinə var ki,onun                da açarı şairlərdədi.O açar şairlərin dilidi”                                        Məhəmməd peyğəmbər                     Daha məhv etdi artlq istibdad,                     Yaxdı zülm atəşinə canımızı.                    Oldu hər bir hüququmuz bərbad,                    Diləməz kimsə əlamanımızı.                    Bu nə dəhşətli […]

Tarih 13 May 2021 Kategori: Mezahir İsgender

Gələcəkdir xəyalına

Gələcəkdir xəyalına Aman yarım,bu nə səsdi, Qəlb evinə qəm küləyi niyə əsdi,niyə əsdi? Eşidirəm öz səsim kimi                məni haraylayan ölümün quru səsini. Duyuram öz nəfəsim kimi                üzümü yalayan ölümün buz nəfəsini… Ya bu gün,ya sabah, Ya da ki bu an əl çəkib yaşamaq inadından,             bitirəcəyəm sözümü,itirəcəyəm özümü. Sönəcək dünyanl isidən ürəyimin odu, […]

Tarih 6 May 2021 Kategori: Mezahir İsgender

M Ə Z A R L I Q

Əziz dostlar! 26 yanvar 2019 -cu il tarixdə 19 beytdən ibarət olan “Qəbiristanlıq” şeirimi paylaşdım sizlərlə.75 oxuyan oldu.Qane oldum.Bu gün çoxdan paylaşmaq istədiyim 250 bənddən ibarət olan “Məzarlıq” poemamı hissə-hissə sizlərə çatdırmaq fikrinə düşdüm,əgər oxumaq istərsəniz sevinərəm. POEMA M Ə Z A R L I Q Ölüm gəlib,qapıdadı, Bu qapını açan hanı? Durub açdın,ya açmadın, […]

Tarih 6 May 2021 Kategori: Mezahir İsgender

YEDDİNCİ ƏRZİ-HAL

Əfəndim,hələ də zindandasan.Hələ də haqq-ədalətə,düz sözə,şeirə-sənətə edilən min cürə oyunları,qətliamları,ölümləri süzə-süzə sənə veriləcək hökmü gözləyir,hər qapı tıqqıltısından səksənir,hər səsdən diksinirsən… Bütün bunları da görüb içində danışırsan.Səni duyur və anlayıram… P.S. Xahiş edirəm,oxumayanlar layk etməsinlər.Bu hərəkəti Cavid əfəndinin ruhuna həqarət sayıram. ——————————— POEMA ( “Ağlayan məzar” ) —————- YEDDİNCİ ƏRZİ-HAL (Yaxud şairin böhtançılara məktubu) Ey böyük […]

Tarih 5 May 2021 Kategori: Mezahir İsgender

BİR AXŞAM ÇAĞI

BİR AXŞAM ÇAĞI Qəlbimə dağ çəkdin,gözlərin aydın, Bu dağın dağlardan əzəmətlidir! ƏFŞAN YUSİFQIZI Qəlbimə dağ çəkdin bir axşam çağı, Qəlbimə dağ çəkdin,bu dağ tanışdır. Şirinlər eşqinə külüng vurmağa Fərhadlar o dağı tanımamışdır. Qəlbimə dağ çəkdin bir axşam çağı, O axşam çağıtək gün olmamışdı. O axşam çağıtək tufan,fırtına, O axşam şağıtək kin olmamışdı. Qəlbimə fağ çəkdin […]

Tarih 5 May 2021 Kategori: Mezahir İsgender

UNUDA BİLMƏYƏCƏKSƏN

UNUDA BİLMƏYƏCƏKSƏN Zirvələr fəth edib,dağlar aşsan da, Sevincdən,fərəhdən aşsan daşsan da, Min gedib,min gəlib,min yaşasan da, Sən məni unuda bilməyəcəksən! Gözyaşların qurusa da,axsa da, Gülşənində güllər dizə qalxsa da, Allah sənin döşünə gül taxsa da, Sən məni unuda bilməyəcəksən! Bütün dünya,yer-göy sənin olsa da, Ürəyinə min eşq,sevgi dolsa da, Saç ağarıb,rəngin-rufun solsa da, Sən məni […]

Tarih 29 Nis 2021 Kategori: Mezahir İsgender

GÖSTƏR MƏNƏ YOLUNU

Bu şeiri yatmaq istərkən,amma yata bilmədiyimdə birbaşa yazdım.Allahım,bunun üçün çox təşəkkür edirəm Sənə! GÖSTƏR MƏNƏ YOLUNU Göstər mənə yolunu,göstər,düşüm yoluna, Qurban olum o yolun həm sağına,soluna! Salamlaşıb,görüşüb, Qucaqlaşıb,öpüşüb hər gül ilə,çiçəklə, Danışıb dil ilə yox,sinəmdəki ürəklə, gəlim sənə sarı mən. Bu istəkdə,həvəsdə yarı sən ol,yarı mən… Göstər mənə yolunu,göstər deyim salam mən. Yorulmaram,bezmərəm,incimərəm,küsmərəm, Gülüm, sənin […]