POEMA ( ” Ağlayan məzar “)

————–

PEYĞƏMBƏRİN

                
               ŞAİR QİYMƏTİ

              

              “Göylərin altında bir xəzinə var ki,onun

               da açarı şairlərdədi.O açar şairlərin dilidi”

                                       Məhəmməd peyğəmbər



                    Daha məhv etdi artlq istibdad,

                    Yaxdı zülm atəşinə canımızı.

                   Oldu hər bir hüququmuz bərbad,

                   Diləməz kimsə əlamanımızı.

                   Bu nə dəhşətli haldır Ya Rəb?

                   Biləməm ki nədir bu halə səbəb?


                                                       H.CAVİD





“Göylərin altında bir xəzinə var,

Sehirlidi qapısının kilidi.

Dünyadan qiymətli o xəzinənin

Açarı da şairlərin dilidi”.



Allahın Rəsulu belə buyurmuş,

Həm sözə,şairə etmiş ehtiram.

Demiş ki qudurğan fırtınaları

Bir şair istəsə,sözlə edər ram.



Şair hərarəti,şair nəfəsi

Ənbərdən ətirli,güllərdəndi tər.

Şairlər ortadan götürər qanı,

Min illik savaşa barış gətirər.



Şairlər qurumuş dodaqlara su,

Haqqın,ədalətin təcəssümüdü.

Şairlər dünyaya yenicə gəlmiş

Günahsız bir körpə təbəssümüdü!



Şairlər füsunkar dağ şəlaləsi,

Şairlər nəğməkar bulaq gözüdü.

Şairlər şaxtada bir ocaq daşı,

Ocaq alovudu,ocaq közüdü…



Şairlər solmayan bir gülüstanın

Eşq eyləyən bülbülüdü,gülüdü.

Şairlər həsrətdən yanıb-sovrulan

Məcnunların,Fərhadların külüdü…



Şairlər yay günü söyüd kölgəsi,

Ruhları oxşayan həzincə mehdi.

Şairlər həm güllər,çiçəklər üstə

Bir damla göz yaşı,şəbnəmdi,şehdi…



Allahın Rəsulu şairi sevmiş,

Demiş toxunmayın şair qəlbinə.

Demiş ki,dünyada dünyadan uca

Bir şair zözündən daha qəlbi nə?



Allahın Rəsulu belə demişdi…

Allahın Rəsulun eşidən də kim?

Boğdurdular şairi öz qanında–

Ürəkdə ədavət,gözlərdə min kin!



Şeytanlar,iblislər gəldi üstünə,

Xıncım-xıncım haqq əzildi,basıldı.

Qandallandı,zəncirləndi birbəbir,

Söz boğazdan,şair dildən asıldı…



Fəzlullahın,Nəsiminin ruhu da

Haqq istəsin,kimə etsin xitabı?

Özün gör,necə də ey RəsulAllah,

Bağlanı söz dünyasının kitabı!..



Bağlandı söz dünyasının kitabı,

Şairlər zindanla oldu qol-boyun.

Kimi güllələndi,kimi kor oldu,

Tutdular qələmin başında toyun…



Tutdular qələmin başında toyun,

Elə bil,Kərbala müsibəti bu!

Allahın Rəsulu görən,bildimi,

Day,qələm-dəftərin son qisməti bu?



Day,qələm-dəftərin son qisməti bu,

Haqq gəzib,atını çapmadı daha.

Qorxub diri-diri soyulmağından,

Şair doğulan da döndü məddaha…



Haqq olan atını çapmadı daha,

Tərifləndi kim ki oldu iqtidar.

Kim ki yazdı ürəyindən keçəni,

Xatırlatdı son nəğməsin ona dar…



Tərifləndi kim ki oldu iqtidar,

Adına mim şeir,nəğmə yazıldı.

Beləcə…beləcə küt alətlə də

Şairliyin məzarı da qazıldı…



Kim boyun əymədi,düşdü zindana,

Baş əyən ordenlər,medallar aldı.

Zülmətə alqışlar,zülmə alqışlar

Şairi şairlik taxtından saldı…



Zülmətə alqışlar,zülmə alqışlar

Şairə şairlik peşəsi oldu.

Day,gəlmədi şeirin ilham pərisi,

Qələm də,dəftər də saçını yoldu…



Şair doğulan da döndü məddaha,

Düz alçaldı,yalan gün-gün ucaldı.

Bu dövranın mayasına nə deyim?

Mürəkkəbdən,qələmdən də bac aldı.



Bu dövranın mayasına nə deyim,

Şairliyin əldən aldı şairin.

Pərvanədən,güldən üzün çevirdi,

Qarın üçün yazdı şair şeirin.



Qarın üçün yazdı şair şeirini,

Beyin acdan öldü,qarın oldu tox.

Qarınçün ağlayan tapıldısa da,

Beyinçün ağlayan amma oldu yox…



Qarınçün ağlayan tapıldı min-min,

Beyinçün ağlayan mində-biridi.

Yazdı ac ölən də,toxdan ölən dı,

Bilinmədi kim ölüdü,diridi…



Allahın Rəsulu görən,bildimi

Min şair bir qulun qulu,köləsi?

Min şair yansa da zülmət qaçılmaz,

Nə odu bilinməz,nə də şöləsi.



Allahın Rəsulu görən,bildimi

Day,şair şairin gözünü silməz?

Yığılsa gəlsə də bütün şairlər,

Bir qanı-qadanı durdura bilmız.



Allahın Rəsulu görən,bildimi

Şairlər bazarda lordan aşağı?

Şairlər saraylar həndəvərində

Dolanıb-dolaşan bir əl uşağı…



Allahın Rəsulu görən,bildimi

Şairdən şairə atılar min ox?

Deyib həqiqəti,düzü haqsıza,

Bir arxa duranı düz qələmin yox…



Allahln Rəsulu görən,bildimi

Qəlım atdan düşüb,zəncirlənib təb?

Hava özgə hava,oyun özgəsi,

Sözə kül ələnib,dəyişibdi dəb…



Şairi sevəndə peyğəmbərimiz,

Şair şair idi,söz də söz idi.

Söz dünyaya Ayineyi-İsgəndər,

Şair qlı-qıldan seçən göz idi.



Mil çəkildi şairliyin gözünə,

Bilinmədi ki göz nədi,gilə nə?

Çəkildi təbi də sanki göylərə,

Şair gəzdi söz dilənə-dilənə…



Şair gəzdi,orda-burda diləndi,

Bələndi də qəm-qüssəyə,ələmə.

Ay Allahın Rəsulunu sevənlər,

Yas saxlayın,ağlayın bu qələmə!



Day,yas tutun,ağlayın bu qələmə,

Ağlayın,yas tutun Cavidimə də!

Ağlayın sözə də ki qaldı yetim,

Ağlayın imana,həmi dinə də!



Ağlayın imana,həmi dinə də

Ki oldu dinsizlər əlində əsir.

Ağlayın o kəsə,o şairə ki

Haqq istəyib,haqq deməyə tələsir…

= 0 =



Şairlər göylərin yerlərə bəxşi,

Şairlər Allaha sevgi yoludu.

Şairlər bu fani dünyanın deyil,

Bir sözün,misranın,beytin quludu.



Şairlər Allaha sevgi yoludu,

Tutub da bu yolu gedən yorulmaz.

Bu yolun üstündə qurub bənd-bərə,

Kimsən,nəsən,yolun hara?- sorulmaz.



Şairlər məkansız,ansız,zamansız,

Şairlər səbrin də aşağı qatı!

Şair şair olsa,təbi təb olsa,

Bir sözlə əyləyər,minər Qıratı.



Şairlər güllərin ləçəyində şeh,

Şairlər olmasa,bahar-yaz olmaz.

Şairlər ruhları oxşar sərin meh,

Şairlər olmasa,rübab-saz olmaz.



Şairlər elə bir çeşmə ki ondan

Bir icsən,gösünə gələr nur,işıq.

Şairlərə ağlayanda gülməyin,

Gülün güləndə ki,dəli olubdu…



Şairlər elə bir sirr ki açarı

Asılıb cənnətin qapısı üstə.

Şairlərin son məkanı haradı?

Yol edib,cavabın Rizvandan istə.



Ağlamasın bülbül necə ki onun

Güllər içrə bircə gülü solubdu?!

Şairlərə ağlayanda gülməyin,

Gülün güləndə ki,dəli olubdu!..

= 0 =


Yazılan yaddaşa həm,həm pozulan ad da şair!

Doömadan,candan əziz,vah bu ki

                                                  həm yad da şair!



Keçibən qəm dərsini,bu fənni əzbər eyləyən,
Qəm çəkib qəlbi dələn ah ilə fəryad da şair!



Biləməz bunca qədər zalimi-dövranda o kim?
Həmi dağ,həm də külüng,həm çapan

                                                     Fərhad da şair!



Kim ola,ya nə ola,bir rəm atıb,kim bilə ki?
Həmi imdadə yetən,həm soran imdad da şair!



Olalı əhli-qələm durmadı,sabit olmadı,
Həm şirin,həm də acı,turşa çalan dad da şair!



Bir gülüb min ağlayan,göz-görə viranə olan,

Rəbbidən can diləyən dil-dodağı çat da mənəm!



Məzahir,de ki düşüb məhşərə,lap yanmadadı,

O da ki min qat ola,lap olan üst qatda şair!



Məzahir İsgəndər
www.kafiye.net