Gələcəkdir xəyalına



Aman yarım,bu nə səsdi,

Qəlb evinə qəm küləyi niyə əsdi,niyə əsdi?

Eşidirəm öz səsim kimi

               məni haraylayan ölümün quru səsini.

Duyuram öz nəfəsim kimi

               üzümü yalayan ölümün buz nəfəsini…

Ya bu gün,ya sabah,

Ya da ki bu an əl çəkib yaşamaq inadından,

            bitirəcəyəm sözümü,itirəcəyəm özümü.

Sönəcək dünyanl isidən ürəyimin odu,

Susacaq dünyanı vəsf edən ilhamımın udu.

Üşüyəcək,

Donuq baxan soyuq bir buz olacağam,

Üzüşəcək,səmalardan axan ulduz olacağam…

Xəzan vurmuş yarpaq kimi mən qopacaq,

             düşəcəyəm budağımdan,

Ah sevgilim,torpaq kimi

Çatlayacaq sənin sinən bu dağından.

Əbədi ayrılıq,əbədi hicran!

Gələcəkdir xəyalına sənin bircə an

              səni-mənli günlərimiz,

                   nəğməli,qəmli günlərimiz.

Bircə gündə düşəcəkdir başına qar,

Tel edəcək,üzəcəkdir səni qübar.

Arayacaq baxışlarln hər gün məni çəmənlərdə,

Dalayacaq göz yaşların,

               səni mənsiz çəmənlər də…

Od olacaq,yandıracaq xatirələr səni,gülüm!

Buz olacaq,donduracaq xatirələr səni,gülüm!

Oda dönüb,yandıran da elə budu məni,gülüm!

Buza dönüb,donduran da elə budu məni,gülüm!




Məzahir İsgəndər
www.kafiye.net