UNUDA BİLMƏYƏCƏKSƏN




Zirvələr fəth edib,dağlar aşsan da,

Sevincdən,fərəhdən aşsan daşsan da,

Min gedib,min gəlib,min yaşasan da,

Sən məni unuda bilməyəcəksən!



Gözyaşların qurusa da,axsa da,

Gülşənində güllər dizə qalxsa da,

Allah sənin döşünə gül taxsa da,

Sən məni unuda bilməyəcəksən!



Bütün dünya,yer-göy sənin olsa da,

Ürəyinə min eşq,sevgi dolsa da,

Saç ağarıb,rəngin-rufun solsa da,

Sən məni unuda bilməyəcəksən!



Gecə-gündüz yolunu tərs salsa da,

Qiyamətə bir gün,bir an qalsa da,

Lap İsrafil son Surunu calsa da,

Sən məni unuda bilməyəcəksən!



Bu bir yazı,bu bir qismət-qədərdi,

Bu yazıdan kim gül,kimi qəm dərdi,

Məzahirdən umu-küsü hədərdi,

Sən məni unuda biıməyəcəksən!

Sən məni unuda bilməyəcəksən!



Məzahir İsgəndər04.05.2021
www.kafiye.net