BİR AXŞAM ÇAĞI


Qəlbimə dağ çəkdin,gözlərin aydın,

Bu dağın dağlardan əzəmətlidir!

ƏFŞAN YUSİFQIZI



Qəlbimə dağ çəkdin bir axşam çağı,

Qəlbimə dağ çəkdin,bu dağ tanışdır.

Şirinlər eşqinə külüng vurmağa

Fərhadlar o dağı tanımamışdır.



Qəlbimə dağ çəkdin bir axşam çağı,

O axşam çağıtək gün olmamışdı.

O axşam çağıtək tufan,fırtına,

O axşam şağıtək kin olmamışdı.



Qəlbimə fağ çəkdin bir axşam çağı,

Baxıb da bu dağa,alçaldı dağlar.

Duyub da naləsin,min fəryad səsin,

Bu dağın səsinə qocaldı dağlar.



Qəlbimə dağ çəkdin bir axşam çağı,

Ah,elə dağdı ki,bu dağdan olmaz!

Ah,elə dağdı ki,onun bəhrəsi

Min dolu sallanan budaqdan olmaz.



Qəlbimə dağ çəkdin bir axşam çağı,

O dağı bu qəlbdən kimsə siləmməz.

O dahın qəhrini min qəhr etsə də,

Kimsə anyammaz,kimsə biləmməz.



Qəlbimə dağ çəkdin bir axşam çağı,

O axşam çağından bu qəlb yatammaz.

O axşam çağından min də dağ gələ,

O dağı bu qəlbdən silib atammaz…



…Hələ də,hələ də alar köksünə,

Buraxmaz ki məni ağı,bayatı.

Buraxıb bu məni mənlə üz-üzə,

Qəlbimə dağ çəkdin bir axşam çağı…



Məzahir İsgəndər04.05.2021
www.kafiye.net