SƏN DƏ, MƏN DƏ

AYRI DÜNYADA



Sən də,mən də ,gülüm,ayrı dünyada,

O da,bu da bənzərsizdi,fərqlidi.

Mənim dünyam mənim kimi müəmma,

Sənin dünyan dəlisovdu,dəlidi.



Bu dünyalar bir-birinə bənzəməz,

Bir ayrı cürədi rəngi,dadı da.

Bir ayrı tərəfə,bir özgə səmtə

Çapar da hərəsi fərqli atında.



Bir ayrı cürədi rəngi,dadı da,

Birində bahardı,birimdə qışdı.

Birində dan çağı,sübhə hazırlıq,

Birimdə axşama day,yır-yığışdı.



Birində bahardı,birində qışdı,

Birisi sükutdu,biri çal-çağır.

Birisi min sevinc,min şən sədalı,

Birisi kədəri gözündən sağır…



Birisi lal sükut,biri çal-çağır,

Birində gündüzdü,birində gecə.

Birisi istəmir yatsın,uyusun,

Birisi anlamır ki necə yatsın?



Birisi gündüzdü,birisi gecə,

Birisi nəğmədi,birisi ağı.

Birisi gecikən mehdən gileyli,

Birisi əbədi,sönməz od dağı!..



… Ürəyini qurd yemiş bir dənizdə

Sən də,mən də ayrı düşmüş bir ada.

Səs-səsə yetişməz,əl-ələ yetməz,

Sən də,mən də,gülüm,ayrı dünyada…

Sən də,mən də gülüm,ayrı dünyada…




Məzahir İsgəndər

17.05.2021

www.kafiye.net