Kategoriler

Arşivler

Mezahir İsgender Kategoriler

Tarih 15 Haz 2016 Kategori: Mezahir İsgender

BİR GÖZƏLİN DODAĞINDAN KÜSMÜŞƏM

Heç bilmirəm,nədi bu hal,bu əhval,
Vallah,ilin hər çağından küsmüşəm!
Nuru sönmüş,çərxi dönmüş dünyanın
Qarasından,həç ağından küsmüşəm!

Tarih 14 Haz 2016 Kategori: Mezahir İsgender

DEMƏK,ÖLMƏMİŞƏM, YAŞAYIRAM MƏN

Yaxşıdı niyyətim,xoşdu fitrətim,
Sazdı-sözdü malım-mülküm,ziynətim,
Dünya,bir gün sənə sözün qüdrətin,
Qələmin gücünü qandıracağam!

Tarih 14 Haz 2016 Kategori: Mezahir İsgender

YENƏ DƏ O GÜNDÜ, GÜLÜM,ELƏ BİI

Yenə də o gündü,gülüm,elə bil…
Göy üzünü bürüyübdü buludlar.
Sönübdü günəş də sanki min ildi,
Sozalıbdı,saralıbdı umudlar.

Tarih 13 Haz 2016 Kategori: Mezahir İsgender

MƏNƏ DÖN

Bəsdi bu cövr-cəfa,ey gülı-rəna,mənə dön!
Əhvalım gör nə yaman,həm də ki fəna,mənə dön!

Bir canıq,bir bədənik,bir nəfəsik,bir də səsik,
Olmuşam eşqin ilə lap da divanə,mənə dön!

Tarih 13 Haz 2016 Kategori: Mezahir İsgender

ƏLLƏRİM ƏLİNƏ TOXUNMADI Kİ

Əllərim əlinə toxunmadı ki…
Sən məndən,mən səndən çox uzaq olduq.
Sağ ikən dünyaya deyib əlvida,
Sən orda,mən burda qəbrə qoyulduq.

Tarih 12 Haz 2016 Kategori: Mezahir İsgender

SORUŞ,NƏDƏN PƏRİŞANDI,PƏRİŞAN

Ey könül,boylanıb,hərdən geri bax,
Yolları,izləri gözünə bir tax,
Keçdiyin hər cığır,hər təpə,hər dağ
Soruş,nədən pərişandı,pərişan?!

Tarih 11 Haz 2016 Kategori: Mezahir İsgender

ŞƏHİDLİK DƏ MƏHƏBBƏT

Yox,şəhidıik bu deyil!
Şəhidlik bu deyil ki,
Dilin-ağzın köpüklənə-köpüklənə,
Əlin-qolun yelpiklənə-yelpiklənə,

Tarih 11 Haz 2016 Kategori: Mezahir İsgender

HƏLƏ Kİ,SƏN QÖNÇƏSƏN

Hələ ki,sən qönçəsən,
Tələsmə,gül olasan.
Budağından dərilib,
Qoxlanasan,solasan.

Tarih 10 Haz 2016 Kategori: Mezahir İsgender

HƏLƏ DƏ,DƏLİDƏN- DƏLİYƏM,ALLAH

Hələ də,gəncliyin havası başda,
Hələ də,dəlidən-dəliyəm,Allah!
Çölüm bənzəsə də damdayaz gölə,
İçimdə dağların seliyəm,Allah!

Tarih 8 Haz 2016 Kategori: Mezahir İsgender

BİR AXŞAM QƏFİLDƏN QAYIDACAQSAN

Bir axşam xəyallar gerçək olacaq,
Bir axşam qəfildən qayıdacaqsan.
Qəfil gedişinlə sönən çırağı
Qəfil gəlişinlə yandıracaqsan.