Qəzəl
——–
MƏNƏ DÖN

(Bir dostumun dilindəndir)

Bəsdi bu cövr-cəfa,ey gülı-rəna,mənə dön!
Əhvalım gör nə yaman,həm də ki fəna,mənə dön!

Bir canıq,bir bədənik,bir nəfəsik,bir də səsik,
Olmuşam eşqin ilə lap da divanə,mənə dön!

O ki var mən çəkmişəm,heç cəmi dağlar çəkəməz,
Salma gəl azdı deyib,day da yamanə, mənə dön!

Böylə zülmünlə sənə istəməm dinsiz deyələr,
Gəlibən bir də dinə,həm də imanə,mənə dön!

Yar deyib,yandı dilim,naleyi-zar söylədilər,
Qıyma ki,can da çəkə gay da zəbanə, mənə dön!

Bir gülüb,bir dindirib,bir də ki mən səmtə baxıb,
Dərdimə eylə dəva,dur de cəfanə,mənə dön!

Məzahir heydi yanıb,gündüzü zülmət gecədi,
Nə ayı,nə ulduzu etmə bəhanə,mənə dön!

(isti-isti)
(kimə yazıldığını özü özü bilir)

Mezahir İsgender
www.kafiye.net