BİR GÖZƏLİN  DODAĞINDAN KÜSMÜŞƏM

Heç bilmirəm,nədi bu hal,bu əhval,
Vallah,ilin hər çağından küsmüşəm!
Nuru sönmüş,çərxi dönmüş dünyanın
Qarasından,həç ağından küsmüşəm!

Əliklərə,kəkliklərə yurd olan,
Hər daşının altında bir qurd olan,
Kimi udan,kiminə də udulan
Bu dağından,o dağından küsmüşəm!

Heç vermədi dünya mənə bir yazın,
Bol-bol daddım qışın,qarın,ayazın,
Qolubağlı,sinədağlı Arazın
Həm solundan,həm sağından küsmüşəm!

Dünya olub şər-yamanın,nahaqqın,
Dönüb,ağa olub,kimdi ki satqın,
Mizan-tərəzinin,bir də ki haqqın
Heç gəlməyən sorağından küsmüşəm!

Kim dərdin əzizlər,kimi taxt-tacın,
Tox olan soruşmaz halın,bir acın,
Bu quşları uçub getmiş ağacın
Həm o ,həm bu budağından küsmüşəm!

Salam verdim,nə danışdı,nə dindi,
Bildirmədi,danışdığı nə dildi?
Bu sirrin möhürlü,üstü kilidli
Mənə bağlı otağından küsmüşəm!

Day,qünyanı min həvəslə gəzmərəm,
Seyrə dalıb,altdan-üstdən süzmərəm,
Tərifinə şeir qoşub,düzmərəm,
Oylağından,ovlağından küsmüşəm!

Ay Məzahir,axı,nədi bu peşən?
Ac qəlbini,nə kabab ol,nə şişlən,
De ki,bu gün məni görüb,büzüşən
Bir gözəlin dodağından küsmüşəm!

Mezahir İsgender
www.kafiye.net