ŞƏHİDLİK DƏ MƏHƏBBƏT

HƏR gün telekanallarda “yana-yana”, “alışa-alışa” şəhidlikdən danışanların(əlbəttə,bu hamıya,o cümlədən qadınıara aid oıa bilməz) düz gözıərinin içinə baxıb,soruş- maq istərdim:”Doğridanmı,siz şə- hidliyin dadını,təmini hiss edirsiniz? Doğridanmı, siz şəhid olmağa, şəhid verməyə hazırsınız?”.

SONAQƏK OXUYANLARA BƏ DÜŞÜNƏNLƏRƏ EŞQ OLSUN!

Yox,şəhidıik bu deyil!
Şəhidlik bu deyil ki,
Dilin-ağzın köpüklənə-köpüklənə,
Əlin-qolun yelpiklənə-yelpiklənə,
alovlana-alovlana,yana-yana,
ya bilmədən,
ya da bilib qana-qana;
hərdən nala,
hərdən mıxa vura-vura; 
Onu…bunu…özünü də yora-yora
bir kürsüdə,
bir məclisdə,
yığıncaqda,
toy-düyündə
şəhidlikdən dəm vurasan.
“Yana-yana” ağlayasan…
“Yana-yana sızlayasan…
Sonra şəhid ruhina da
əlli-əlli,
yüz-yüz virub,dəm oıasan,
qəm qurasan.

Yox,şəhidlik bu deyil ki!..
Bu deyil ki,aşıb-coşub,
qafiəli-qafiəsiz şeir qoşub,
min-bir forsıa,
min ədayla,
gah pafoslu,
gah pafossuz
oxumaqdan doymayasan.
Sonra durub,saz çaldırıb,
sağı sola,solu sağa hallandırıb,
çırtmıq çalıb,haray salıb,
şəhidlərin mahnısına
oynayasan…
Bu torpağın,dağın-daşın,
şəhid olan vətəndaşın
qüruruna,
onuruna,
ruhuna da daş atasan…
Sonra enib o kürsüdən,
Sonra çıxıb o düyündən-
səntirləyə-səntirləyə,
İməkləyə-iməkləyə,gülə-dülə;
Ya bir şampan,
ya bir şaxır alıb ələ, 
bir oteldə lüks otaqqa,
bir qız ilə bir yataqda 
şirin-şirin mazaqlaşıb,
ya oynaşıb,ya yatasan…

Yox, şəhidlik bu deyil ki!..
Bu deyil ki,bir çəməndə,
Ya bir çeşmə başında
kəsib əmlik bir quzu,
səpib istotu,duzu,
bişimin gözləyəsən…

Yox ! Şəhidlik bu deyil ki !..
Şəhidlik bu deyil!
Şəhidlik bazar deyil, 
bağırasan:- gəl bəri!
Şəhidlik qumar deyil,
alıb zəri atasan
bir yanında nazpəri,
bir yanında gülpəri…
Yox ! Şəhidlik bu deyil!..
Şəhidlik bir bağçanın,
bir bağın,
bir çəmənin baharında, 
yazında üstünə qar yağması!..
Şəhidlik- ulduzların
Deyib son kəs “əlvida”,
göydən süzüb axması…
Buludların gözünü yayda sağması…
Çayların bənd-bərəsin aşması…
Dənizlərin heç gözlənilmədən,
bilmədən qalxması… 
qabarması…
Şəhidlik pulla satılmır…
Şəhidlik pulla alınmır…
Şəhidlik bir QƏTİYYƏT !
Şəhidlik ƏBƏDİYYƏT !
Şəhidlik də MƏHƏBBƏT !
Şəhidlik budu,qardaş!
Yoldaş…sirdaş…vətəndaş!..
Şəhidliyin həmi adı, 
həmi təmi,
həmi dadı başqa.
Qan ağlayar
şəhid verən dağ da-daş da!
Bu dad nədi ?
Bu təm nədi ?- dadan bilər !
ŞƏHİD verən adam bilər !
ANA BİIƏR !
BACI BİIƏR ! 
ATA BİIƏR !..
Bunu bilən–
Allah,necə yata bilər?

Şəhidlik budu qardaş,budu !
Yandırmasa, bilməsən
nə ağrısın,nə odun…
Yüz-yüz vurub,odlanıb,
belə yanma,
alışma.
Şəhidlikdən danışma,
qardaş,danışma !

Mezahir İSGENDER