YENƏ DƏ O GÜNDÜ, GÜLÜM,ELƏ BİI

Yenə də o gündü,gülüm,elə bil…
Göy üzünü bürüyübdü buludlar.
Sönübdü günəş də sanki min ildi,
Sozalıbdı,saralıbdı umudlar.

Yenə də o gündü,gülüm,elə bil…
İldırım gurlayır,şimşəklər çaxır.
Dağlardan yığılıb gələn o sel-su
Mənim gözlərimdən gurlayıb,axır.

Yenə də o gündü,gülüm,elə bil…
Sən səmtə yolları bağladacaqsan.
İndicə əlini çəkib əlimdən,
“Yox” deyib,qəlbimi dağladacqsan.

Yenə də o gündü,gülüm,elə bil…
Dizlər titrəyəcək,əllər əsəcək.
Hər şeydən əlini üzən ürəyim
Bu dünyadan birdəfəlik küsəcək.

Yenə də o gündü,gülüm,elə bil…
“Yox” deyib,sözündən dönməyəcəksən.
Ömür boyu mənə “SƏNSİZ” oxudub,
Zülmündən aşağı enməyəcəksən.

Yenə də o gündü,gülüm,elə bil…
Alıb, aparacaq bir tufan səni.
Dodaqda təbəssüm,gözümdə gülüş
Bir də görməyəcək bu dünya məni…

O görüş yerində durub bayaqdan,
İtirib nitqin də,lal olubdu dil.
Günlər qocalsa da,illər ötsə də,
Yenə də o gündü,gülüm,elə bil!..

Mezahir  İsgender
www.kafiye.net