DEMƏK,ÖLMƏMİŞƏM, YAŞAYIRAM MƏN

Yaxşıdı niyyətim,xoşdu fitrətim,
Sazdı-sözdü malım-mülküm,ziynətim,
Dünya,bir gün sənə sözün qüdrətin,
Qələmin gücünü qandıracağam!
Müəllif.
Zalım dünya,bu sözümə ol əmin,
Gücü yetməz mənə dərdin,ələmin,
Nə qədər ki,əlimdədi qələmim,
Demək,ölməmişəm,yaşayıram mən!

Var öz bəhsim,öz nəfəsim,öz səsim,
Öz məktəbim,öz müəllimim,öz dərsim,
Nə qədər ki,bitməyib eşq həvəsim,
Demək,ölməmişəm,yaşayıram mən!

Demə ki sönmüşəm,közüm hisləyir,
İçim də,çölüm də qürur bəsləyir,
Nə qədər ki,dağlar məni səsləyir,
Demək,ölməmişəm,yaşayıram mən!

Öz yolum var,gedər… olmaz aramım,
Məlhəmidi bircə xoş söz yaramın,
Nə qədər ki,yaxşılıqdı məramım,
Demək,ölməmişəm,yaşayıram mən!

Bir odam,alovam,demə ki küləm,
Eşq ilə dil açıb,danışan diləm,
Nə qədər ki,öz gülümə bülbüləm,
Demək,ölməmişəm,yaşayıram mən!

Gülə-vülə el yolunda verib can,
Az qalır ki,sevincimdən boğulam,
Nə qədər ki,bu VƏTƏNƏ OĞULAM,
Demək,ölməmişəm,yaşayıram mən!
Demək,ölməmişəm,yaşayıram mən!

Mezahir İsgender
www.kafiye.net