BİR AXŞAM QƏFİLDƏN QAYIDACAQSAN

(İstedadlı aktyor Zaur Həmidova)

Bir axşam xəyallar gerçək olacaq,
Bir axşam qəfildən qayıdacaqsan.
Qəfil gedişinlə sönən çırağı
Qəfil gəlişinlə yandıracaqsan.

Bir axşam qəfildən qayıdacaqsan!
Bir axşam qəfildən Günəş çıxacaq.
Bir axşam iblisdən doğulan şəri
Yaxacaq! Od vurub,XEYİR yaxacaq…

Bir axşam qəfildən qayıdacaqsan!
Bir axşam Allahı güldürəcəksən.
Qəlbinə,qəliimə girən şeytanı
Şeytanın özünə öldürdəcəksən.

Bir axşam qəfildən qayıdacaqsan!
Gül olacaq,səbrimiz də açacaq.
Bir axşam ömrümə gəlib yaz-bahar,
Buz üstündə qalanacaq bir ocaq…

Bir axşam qəfildən səsləyib məni,
Qəfil yuxulardan oyadacaqsan.
Ruhumu oxşayan sərin meh kimi
Bir axşam qəfildən qayıdacaqsan!

Mezahir İSGENDER
www.kafiye.net