SORUŞ,NƏDƏN  PƏRİŞANDI,PƏRİŞAN

(könlümün çiskinli,buludlu, qarlı-boranlı bir çağında yazdım)

Ey könül,boylanıb,hərdən geri bax,
Yolları,izləri gözünə bir tax,
Keçdiyin hər cığır,hər təpə,hər dağ
Soruş,nədən pərişandı,pərişan?!

Necə keçdi günlər,aylar,bu illər?
Bir durmadı yerlərində fəsillər,
Qışda şəlalələr,payızda güllər
Soruş,nədən pərişandı,pərişan?!

Bu yuvaya hansı quşlar qonalar?
Biri gələr,biri gedər,son olar,
Həm dolu,həm boş nənnilər,analar
Soruş,nədən pərişandı,pərişan?!

Bir bilinməz nə bu başlar,o başlar,
Gələn də,gedən də dünyanı daşlar,
Bu qalalar,bu qüllələr,bu daşlar
Soruş,nədən pərişandı,pərişan?!

Sonu varmı iztirabın,əzabın?
Kim verə ki kimə,bunun hesabın?
Ay Məzahir,sazın-sözün,mizrabın
Soruş,nədən pərişandı,pərişan?!

Mezahir İSGENDER
www.kafiye.net