Kategoriler

Arşivler

Fəridə Köçərli İbrahimova Kategoriler

Tarih 3 May 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Dərdlər mənə həvalədi

Dərdlər mənə həvalədi Çox sevirdim çiçəkləri,Sevir deyən ləçəkləri,Sonda bildim gerçəkləri;Bagrım qanlı al lalədi,Dərdlər mənə həvalədi. Xoşbəxtiyə baxdım gennən,Dedilər o gəlir gennən,Boşa çıxdı, itdi güvən,Sevinc qəmə hamilədi,Dərdlər mənə həvalədi. Səniydin ilk havadarım,Şeir adlı söz nübarım,Xəyanətsə,son qubarım.Göz yaşlarım şəlalədi,Dərdlər mənə həvalədi. Otuz ildir torpaq yadda,Unudular, qalmaz yadda,Fəridəyçün Vətən, ya da,Zəhər dolu piyalədi,Mənə dərdlər həvalədi. Fəridə Köçərli İbrahimova […]

Tarih 30 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yuxum özün asdı dar agacından

Qəribə görünsə də mən yuxularıma çox inanırdım… Yuxum özün asdı dar agacından Gündüzlər qurdugum xəyallarımla,Gecələr yatıram tox tək acındanBitirdim hicranı vüsallarınla,,,Samandan”yapışdım naəlaclıqdan,Yuxum özün asdı dar agacından. Gah daga gedirdik, gah da arana…Dagda buz qoyurdun yanan yarama…İndisə axtarma, nə də arama.Röya da yad olub, agrı-acımdan…Yuxum özün asdı dar agacından. Demişdim yaxşı ki,yuxular varmış,Yayın qızmarının buzu, qarıymış.Bilmirdim […]

Tarih 29 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Yenə Sizdə, ,,biri vardı,biri yox.”

Unudulmaz şairimizNüsrət Kəsəmənlinin,,Bizim evdə biri vardı, biri yox” şeirini oxuyarkən… Yenə Sizdə, ,,biri vardı,biri yox.” Yoxdu yurdum…nə bir dayaq, nə arxa,Yenə Sizdə, biri vardı, biri yox,Gözləməklə necə gələr su, arxa?Dəhnə yoxdu, uçub bərə, bəhri yox.Yenə Sizdə, biri vardı, biri yox. Ünvanımı alıb getdi, ,,qara köç,”Alan tapılmadı düşmənimdən öyc.Belə səbr edənə deyilır bivec,Əcdadın məzarı,ata qəbri yox,Yenə […]

Tarih 29 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Ananın gümanı

Ananın gümanı Əsirlikdə baş tacını qoyan qadınUçuq-salxaq komasıyla gümanlıydı:–Oglum alar, torpagımı,qayıdarıq…Arzusuyla yaşayırdı,inamlıydı. Zaman ötdü,oglu Vətən harayladı.Həmin arzu,həmin dilək anaylaydı…Həmin koma,həmin dirək,yas bagladı…Ana ŞƏHİD tabutuna yer tapmadı…Vətən baxıb,xəcalətdən qan agladı…,,Yuxarıdan” gətirilən bayraqlarıO komanın üstündəcə ucaldaraq,Dagıldılar,heç arxaya baxmayaraq. Yenə dözüm,yenə səbr anaylaydı !Beşikdəki …balasından yadigardı .Sinəsində bala dagı dilindəki layladaydı:–Böyütməyə əsgər kimi böyüdəcəm.Ogul verdim…nəvə verim…yenə torpaqsız öləcəm […]

Tarih 27 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Həyat tərzimizə limit qoyanlar

Həyat tərzimizə limit qoyanlar Həyat tərzimizə limit qoyanlar,Kaş ki,qoyaydınız xalqın səbrinəAyaga baş qoyub, qeyrət, yuyanlar,Qeyrətdən saxlayın, el dərd-sərinə. Həyat tərzimizə limit qoyanlar,Qoyun haqsızlıgın son hədlərinə.Var-dövlət nəşindən gözü doyanlar,Yol açın kasıbın sərhədlərinə. Həyat tərzimizə limit qoyanlar,Barı yuxulara siz toxunmayın.Xəyalla,ümidlə var ayılanlar,Sabaha inamın əldən almayın. Həyat tərzimizə limit qoyanlar,Qoyun həsrətimin otuz ilinə.Düşmən havasını milli duyanlar,Qayıdın Allaha, güvən […]

Tarih 26 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Atmaram açarı…

Şəxsiyyətinə və özünə cox hörmət bəslədiyim Vaqif Səlimovun,,Açar”şeiri mənə olduqca agır təsir etmişdi…Bizim də evdən anam bir top gəturdiyi acarları vəsiyyıtində dedi ki, atma Laçındakı evimizin açarların … Atmaram açarı… Havasıdır, bircə udum daglarınBir qurtum suyudur Şeşə bulagın,Torpagıdır bircə çimdik yurdumunAtamın mülküdür, həm də anamınAtmaram acarı,atmayacam da.Deyirlər yanıbdır, evimiz orda,,Qıfıl kül altında,açarlar burda”Xatirə kələfim bütöv […]

Tarih 24 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Vida xəyanətsiz bir vüsal olur

Vida xəyanətsiz bir vüsal olur Bilirdin ölümdən elə qorxmuram,Ayrılıq zülmündən qorxdugum kimi.Öldünsə, dözümlə mən yogrularam.Ayrılsaq, ruhumdan qopdugum kimi. Həmişə deyirdim xəyanət mənə,Həyatda ölümdən betər görünür.Bəs nədən xəyanət etdin güvənə?Bilirdin qələmim sənlə öyünür. Bir də ki,deyirdim ölümlər kimi,Ayrılıq özü də halbahal olur,Ölüm var ruhların ölməz hakimi,Vida xəyanətsiz bir vüsal olur. Fəridə Köçərli İbrahimova /21.04.2020.www.kafiye.net

Tarih 21 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Sar və agyar

Sar və agyar Deyirsən həyətdə güllər açıbdır,Bilmədin həyatda güllərim solub.Dedin, bulud yoxdur, günəş çıxıbdır,Bilmədin buludlar gözümə dolub. Gül-gülü çagırır bülbül bülbülü,Qismətdən payıma verdilər Sarı*.İstədim qınayam çəməni çölü,Dedilər səbəb bil xain agyarı. Çarə nə? baharın qoynunda uyyub,İnanım bənövşə rəvayyətinə,Bəlkə ilk məhəbbət qəlbimi duyub,Yenə dönəcəkdir sədaqətinə? Sar*-yırtıcı quş. Fəridə Köçərli İbrahimova / 16.04.20.www.kafiye.net

Tarih 21 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Kələflə dərdimi

Kələflə dərdimi Nə qədər aglayıb,sızlayacaqsan?Həsrətii illəri taglayacaqsan?Beləmi düşməni daglıyacaqsan?Dönüb göz yaşların ax-vay gölünə,Kələflə dərdimi, qaytar elinə. Ruhların sızlayan məzarı hanı?Batırdın əcdadın adı-sanını,İndi də batırma Şəhid qanını,Onsuz gecikmişik, qalx, at belinə,Kələflə dərdimi, qaytar elinə. Otuz il olacaq agıa, deyirsən,,,Qarabag”seygahın pulla deyirsən.Yox Qırat, eşşəyi çulla deyirsən…Düşmən söz çıxartdı,,Sarı gəlinə”,Kələflə dərdimi, qaytar elinə. Daglar necə dözsün dönüklüyünə?LAÇININ verdizor*əksikliyinə?Ümidim […]

Tarih 20 Nis 2020 Kategori: Fəridə Köçərli İbrahimova

Gül olunca

Gül olunca Tövbə etsəm gül adımdan,Bil, bülbüldən nə çəkmişəm.Soyum çıxıb öz yadımdan,Hara gəldi əkilmişəm. Tövbə etsəm gül tək addan,Yenə nankor olmamışam.Doydursan da acı daddan,Yada meyil salmamışam. Tövbə etsəm gül adımdan,Deyin, qanqal dərs keçibdir…Tikanlı kol qanadından,Özün mənə tay seçibdir. Tövbə etdim gül adından ,Çünkü bu ad qəm daşıdı.Axan leysan fəryadından,Ləçəyinin göz yaşıdı. Ay Fəridə, olunca gül,Viran […]