Sar və agyar

Deyirsən həyətdə güllər açıbdır,
Bilmədin həyatda güllərim solub.
Dedin, bulud yoxdur, günəş çıxıbdır,
Bilmədin buludlar gözümə dolub.

Gül-gülü çagırır bülbül bülbülü,
Qismətdən payıma verdilər Sarı*.
İstədim qınayam çəməni çölü,
Dedilər səbəb bil xain agyarı.

Çarə nə? baharın qoynunda uyyub,
İnanım bənövşə rəvayyətinə,
Bəlkə ilk məhəbbət qəlbimi duyub,
Yenə dönəcəkdir sədaqətinə?


Sar*-yırtıcı quş.

Fəridə Köçərli İbrahimova / 16.04.20.
www.kafiye.net