Vida xəyanətsiz bir vüsal olur

Bilirdin ölümdən elə qorxmuram,
Ayrılıq zülmündən qorxdugum kimi.
Öldünsə, dözümlə mən yogrularam.
Ayrılsaq, ruhumdan qopdugum kimi.

Həmişə deyirdim xəyanət mənə,
Həyatda ölümdən betər görünür.
Bəs nədən xəyanət etdin güvənə?
Bilirdin qələmim sənlə öyünür.

Bir də ki,deyirdim ölümlər kimi,
Ayrılıq özü də halbahal olur,
Ölüm var ruhların ölməz hakimi,
Vida xəyanətsiz bir vüsal olur.


Fəridə Köçərli İbrahimova /21.04.2020.
www.kafiye.net