Qəribə görünsə də mən yuxularıma çox inanırdım…

Yuxum özün asdı dar agacından

Gündüzlər qurdugum xəyallarımla,
Gecələr yatıram tox tək acından
Bitirdim hicranı vüsallarınla,
,,Samandan”yapışdım naəlaclıqdan,
Yuxum özün asdı dar agacından.

Gah daga gedirdik, gah da arana…
Dagda buz qoyurdun yanan yarama…
İndisə axtarma, nə də arama.
Röya da yad olub, agrı-acımdan…
Yuxum özün asdı dar agacından.

Demişdim yaxşı ki,yuxular varmış,
Yayın qızmarının buzu, qarıymış.
Bilmirdim boş xülya, qışın barıymış.
Ölən inamımdan,boş amacımdan,
Yuxum özün asdı dar agacından.

Mən elə bilirdim yuxular təmiz,
Qara gecələrə, nurlu bir bəniz.
Gecə vəd versə də, gündüzlər səssiz…
,,Didərgin” adımın baş qaxıncından,
Yuxum özün asdı dar agacından.

İllərdir qoynunda ovunmuşam mən,
Viran torpagımçün ümid səpən sən,
Fəridə, otuz il baxırsan gendən.
Xainlər qaçmadı öz qazancınnan,
Yuxum özün asdı,dar agacınnan.

Feride Köçerli İbrahimova
30.04.2020.
www.kafiye.net