Dərdlər mənə həvalədi

Çox sevirdim çiçəkləri,
Sevir deyən ləçəkləri,
Sonda bildim gerçəkləri;
Bagrım qanlı al lalədi,
Dərdlər mənə həvalədi.

Xoşbəxtiyə baxdım gennən,
Dedilər o gəlir gennən,
Boşa çıxdı, itdi güvən,
Sevinc qəmə hamilədi,
Dərdlər mənə həvalədi.

Səniydin ilk havadarım,
Şeir adlı söz nübarım,
Xəyanətsə,son qubarım.
Göz yaşlarım şəlalədi,
Dərdlər mənə həvalədi.

Otuz ildir torpaq yadda,
Unudular, qalmaz yadda,
Fəridəyçün Vətən, ya da,
Zəhər dolu piyalədi,
Mənə dərdlər həvalədi.

Fəridə Köçərli İbrahimova
02.05.20.
www.kafiye.net