Həyat tərzimizə limit qoyanlar

Həyat tərzimizə limit qoyanlar,
Kaş ki,qoyaydınız xalqın səbrinə
Ayaga baş qoyub, qeyrət, yuyanlar,
Qeyrətdən saxlayın, el dərd-sərinə.

Həyat tərzimizə limit qoyanlar,
Qoyun haqsızlıgın son hədlərinə.
Var-dövlət nəşindən gözü doyanlar,
Yol açın kasıbın sərhədlərinə.

Həyat tərzimizə limit qoyanlar,
Barı yuxulara siz toxunmayın.
Xəyalla,ümidlə var ayılanlar,
Sabaha inamın əldən almayın.

Həyat tərzimizə limit qoyanlar,
Qoyun həsrətimin otuz ilinə.
Düşmən havasını milli duyanlar,
Qayıdın Allaha, güvən elinə.



Fəridə Köçərli İbrahimova / 24.04.2020.
www.kafiye.net