Kələflə dərdimi

Nə qədər aglayıb,sızlayacaqsan?
Həsrətii illəri taglayacaqsan?
Beləmi düşməni daglıyacaqsan?
Dönüb göz yaşların ax-vay gölünə,
Kələflə dərdimi, qaytar elinə.

Ruhların sızlayan məzarı hanı?
Batırdın əcdadın adı-sanını,
İndi də batırma Şəhid qanını,
Onsuz gecikmişik, qalx, at belinə,
Kələflə dərdimi, qaytar elinə.

Otuz il olacaq agıa, deyirsən,
,,Qarabag”seygahın pulla deyirsən.
Yox Qırat, eşşəyi çulla deyirsən…
Düşmən söz çıxartdı,,Sarı gəlinə”,
Kələflə dərdimi, qaytar elinə.

Daglar necə dözsün dönüklüyünə?
LAÇININ verdizor*əksikliyinə?

Ümidim əsgərin çevikliyinə…
Əlçim tək daraxdan keçən dölünə,
Kələflə dərdimi,qaytar elinə.

vedizor*erməninin Laçına qoydugu ad.
Fəridə Köçərli İbrahimova 19.04.2020.
www.kafiye.net