Ananın gümanı

Əsirlikdə baş tacını qoyan qadın
Uçuq-salxaq komasıyla gümanlıydı:
–Oglum alar, torpagımı,qayıdarıq…
Arzusuyla yaşayırdı,inamlıydı.

Zaman ötdü,oglu Vətən harayladı.
Həmin arzu,həmin dilək anaylaydı…
Həmin koma,həmin dirək,yas bagladı…
Ana ŞƏHİD tabutuna yer tapmadı…
Vətən baxıb,xəcalətdən qan agladı…
,,Yuxarıdan” gətirilən bayraqları
O komanın üstündəcə ucaldaraq,
Dagıldılar,heç arxaya baxmayaraq.

Yenə dözüm,yenə səbr anaylaydı !
Beşikdəki …balasından yadigardı .
Sinəsində bala dagı dilindəki layladaydı:
–Böyütməyə əsgər kimi böyüdəcəm.
Ogul verdim…
nəvə verim…
yenə torpaqsız öləcəm ?!
Ana artıq ölümünə inamlıydı !


Fəridə Köçərli İbrahimova
www.kafiye.net