Unudulmaz şairimizNüsrət Kəsəmənlinin,,Bizim evdə biri vardı, biri yox” şeirini oxuyarkən…

Yenə Sizdə, ,,biri vardı,biri yox.”

Yoxdu yurdum…nə bir dayaq, nə arxa,
Yenə Sizdə, biri vardı, biri yox,
Gözləməklə necə gələr su, arxa?
Dəhnə yoxdu, uçub bərə, bəhri yox.
Yenə Sizdə, biri vardı, biri yox.

Ünvanımı alıb getdi, ,,qara köç,”
Alan tapılmadı düşmənimdən öyc.
Belə səbr edənə deyilır bivec,
Əcdadın məzarı,ata qəbri yox,
Yenə Sizdə, biri vardı, biri yox.

Aglamışdım şe(i)ri oxuyan zaman,
Sən demə kasıblıq deyilmiş yaman…
Yox şalvara yamaq, abıra hayan,
İndi lüt gəzməyin dərdi–səri yox,
Yenə Sizdə biri vardı, biri yox.

Köksümdə,qalanır bayram tonqalı,
Xatirəylə yedim, zəhəri ballı,
Azmış kimi, Novruz oldu zavallı,
,,Karonanın” bu çox dərdlə yeri yox,
Yenə Sizdə, biri vardı, biri yox.



Fəridə Köçərli İbrahimova / 18.03,20.
www.kafiye.net