Şəxsiyyətinə və özünə cox hörmət bəslədiyim Vaqif Səlimovun
,,Açar”şeiri mənə olduqca agır təsir etmişdi…
Bizim də evdən anam bir top gəturdiyi acarları vəsiyyıtində dedi ki, atma Laçındakı evimizin açarların …



Atmaram açarı…

Havasıdır, bircə udum dagların
Bir qurtum suyudur Şeşə bulagın,
Torpagıdır bircə çimdik yurdumun
Atamın mülküdür, həm də anamın
Atmaram acarı,atmayacam da.
Deyirlər yanıbdır, evimiz orda
,,Qıfıl kül altında,açarlar burda”
Xatirə kələfim bütöv yansa da,
Tək bircə əlçimi qalıb açarda.
Atmaram açarı,atmayacam da.
Bir açar atamın iş yerinindir,
O biri dogmaca məhləsinindir
Zülümlə yıgdıgı varın,dövlətin
Qabarlı əlinin zəmanətidir
Atmaram açarı ,atmayacam da .
O açar gecələr gəzdirir məni;
Atamın,babamın dogma elini
AGALAR qəbrini,düşmən qənimi
Qəhrəman ƏMİRin dogma kəndini.
Atmaram açarı,atmayacam da.
Dilim qısa,yoxdur sözüm-sözünə
Gedib Kəlbəcərə,Lacın düzünə
Fəridə sözünü deyər üzünə-
,,Yaxşı ki baxmadım,Vaqif, sözünə”.
Atmaram açarı , atmayacam da!


Feride Köçerli İbrahimova
www.kafiye.net