Kategoriler

Arşivler

Sakit Məmmədov Kategoriler

Tarih 13 Nis 2020 Kategori: Sakit Məmmədov

Sınaq Olmasa

Sınaq Olmasa Könül, gəl qınama bəndə zülmünü,Haqqı görəmməzdik, nahaq olmasa.Hamı danışardı sözün düzünü,Bəzisi itlərtək yalaq olmasa. Dərd-qəm insan üçün versə də acı,Sonunda sevincə ötürür tacı.Torpaq yetirsəydi tək gül ağacı,Onu kim sevərdi, alaq olmasa? Neftiylə qazandı şanı-şöhrəti,Kimlərçün yığırlar bəs bu sərvəti?Acından qırılsa bütün milləti,Dövlət kömək etməz, qınaq olmasa. Sakit, təbiətin öz qonağı var,Yazda durna gələr, qışda […]

Tarih 10 Nis 2020 Kategori: Sakit Məmmədov

Səni yandıracam, yaxacam, gülüm.

Səni yandıracam, yaxacam, gülüm. Ölsəm, el qınardı “vida” sözündən,Səni yandıracam, yaxacam, gülüm.Əsiri olduğum qara gözündən,Çaylartək çağlayıb, axacam, gülüm.Səni yandıracam, yaxacam, gülüm. Mən elə gəzəcəm, görümməyəcəm,Bölünmüş eşqimtək bölümməyəcəm.Bu yetim sevgimlə öyümməyəcəm,Sənə yadlar kimi baxacam, gülüm,Səni yandıracam, yaxacam, gülüm. Məcnunun sevgisi yayıldı elə,Qınaq eylədilər, üz tutdu çölə.Ətrindən məst olub, sevdiyim telə,“Bivəfa” çələngi taxacam, gülüm,Səni yandıracam, yaxacam, gülüm. […]

Tarih 10 Nis 2020 Kategori: Sakit Məmmədov

Olacaq

Olacaq Dosum, yerli-yersiz dostu sınama,Sınağının iki başı olacaq.Hər oda yanmırsa, dostu qınama,Hər odunun mütləq yaşı olacaq. Qorx ki, aralığa irin yeriyə,Dirnağı ətindən ayırar tiyə.Bsrmaqda parıltı çox olsun deyə,Qızılın almazdan qaşı olacaq. A, dostlar, dostları çəkməyin dara,Saf su ləkə salar kirli paltara.Sanma ki, hər həkim sağaldar yara,Dörddən biri mütləq naşı olacaq. Sakitəm, altmışı adlayıb yaşım,Elin dərdi […]

Tarih 21 Şub 2020 Kategori: Sakit Məmmədov

Paltar

Paltar Qaş- qabaq sallayıb dünəndən bəri,Məclisə çağırıb, dostların dedin.Acıqlı-acıqlı girib içəri,Yoxdur, geyəm təzə paltarım, dedin. Seçim qarşısında qalaraq, gülüm,Hansı paltarımı geyim?, deyirsən.Gunun nəşəsinə dalaraq, gülüm,Geyilmiş paltarı bəyənməyirsən. Birini geyindin..yaxa-baş açıq,Çox ciddi məclisdi, bu olmaz, dedin.Biri uzun oldu dizdən azacıq,Kəndçi paltarıdı, yaramaz, dedin. Biri saya oldu, o biri güllü,Birin köç bədənə geyənmədin sən.Birini geyəndə, qızların güldü,Seçib, […]

Tarih 2 Eyl 2019 Kategori: Sakit Məmmədov

Ağırdı 

Hanı o zamankı sevgi, məhəbbət?
Sevənin gözündə şimşək çaxırdı.
Sevirdik atadan, anadan xəlvət,
Sevən ürəklərdən saf qan axırdı.

Tarih 2 Eyl 2019 Kategori: Sakit Məmmədov

Ellər də şairə inanmır daha. 

Köhnə adətləri unudanmırıq,
Şair yaltaqlanır, sadiqdir şaha,
El deyir, “şairə biz aldanmırıq”,
Əksəri dönüblər əsil “məddaha”,
Ellər də şairə inanmır daha.

Tarih 2 Eyl 2019 Kategori: Sakit Məmmədov

Bələkdən keçir

Nə günə qoymusan özünü insan?
Xoş günün, pis günün fələkdən keçir.
Nəfsinə qul olub, aldanan canan,
Şeytan saydığımız, mələkdən keçir.

Tarih 22 Tem 2019 Kategori: Sakit Məmmədov

Qaytar insanlığı

Ulu Tanrım, səndən bir xahişim var,
Əgər səhvim varsa cəza ver, elə.
Millətin adından sifarişim var,
Bizi yaratmısan, yerbəyer elə.

Tarih 22 Tem 2019 Kategori: Sakit Məmmədov

Neynirəm?

Sən mənə ömürsən, sən mənə həyat,
Sənsız mən şöhrəti, şanı neynirəm?
Qəlbinlə vermisən ruhuma qanad,
Sənsiz il demirəm, anı neynirəm?

Tarih 20 Tem 2019 Kategori: Sakit Məmmədov

Məhəbbətdən yazmaq yaraşmır bizə

Hərə yuxusunda görüb bir röya,
Məhəbbətdən yazmaq yaraşmır bizə.
Cavan qız, gəlinlər üz-gözü boya,
Dönüb pullu üçün adi kənizə,
Məhəbbətdən yazmaq yaraşmır bizə.