Bələkdən keçir

Nə günə qoymusan özünü insan?
Xoş günün, pis günün fələkdən keçir.
Nəfsinə qul olub, aldanan canan,
Şeytan saydığımız, mələkdən keçir.

Qisməti bilinmir hər doğulanın,
Sınmaz iradəsi ər doğulanın.
Qiymətin el bilir, zər doğulanın,
Yaxşı da, yaman da ələkdən keçir.

Uyma vəfasına hər əl çalanın,
Xalqın arxandadır, açıqsa alın.
Vətəni uğrunda şəhid olanın,
Arzusu, amalı diləkdən keçir.

Sakitəm, a dostlar, mənə inanın,
Siz də mənim kimi Vətənə yanın.
Həyata qundaqda gələn insanın,
Ömrü son anında bələkdən keçir.

02.09.2019.
Sakit Memmedov
www.kafiye.net