Sınaq Olmasa

Könül, gəl qınama bəndə zülmünü,
Haqqı görəmməzdik, nahaq olmasa.
Hamı danışardı sözün düzünü,
Bəzisi itlərtək yalaq olmasa.

Dərd-qəm insan üçün versə də acı,
Sonunda sevincə ötürür tacı.
Torpaq yetirsəydi tək gül ağacı,
Onu kim sevərdi, alaq olmasa?

Neftiylə qazandı şanı-şöhrəti,
Kimlərçün yığırlar bəs bu sərvəti?
Acından qırılsa bütün milləti,
Dövlət kömək etməz, qınaq olmasa.

Sakit, təbiətin öz qonağı var,
Yazda durna gələr, qışda qar olar.
Allahı kim duyub, de, kim anlayar?
Zəlzələ, Sunami,.., sınaq olmasa.



13. 04. 2020.
Sakit Memmedova
www.kafiye.net