Ellər də şairə inanmır daha. 

Köhnə adətləri unudanmırıq,
Şair yaltaqlanır, sadiqdir şaha,
El deyir, “şairə biz aldanmırıq”,
Əksəri dönüblər əsil “məddaha”,
Ellər də şairə inanmır daha.

Gündə üç, dörd dəfə sevgidən yazır,
Hansısa “eşqinə” bir məzar qazır.
Hər gün yeni eşqlə yolunu azır,
Fərqinə varmadan batır günaha,
Ellər də şairə inanmır daha.

İlahi, yaranıb qəlbdə bir sual,
Niyə şairləri etdin əhli-hal?
Yaltaqlar əyilir, tapanda macal,
Bir ümüd yazmırlar, nurlu sabaha,
Ellər də şairə inanmır daha.

Gah kafirdən yazır, gah da Allahdan,
Bunlar “Hacı” olub, bilməm nə vax(t)dan?
Sabahdan yazırlar, açılmamış dan,
Müştərək olublar, böyük Allaha,
Ellər də şairə inanmır daha.

Sakit, bu şairlər çox getməz böylə,
Qorxma, Nəsimi tək, sözünü söylə.
“Şair, vətən gedib, əlləşmə göylə”,
Niyə bicanəsən, amana-aha?
Ellər də şairə inanmır daha.

30. 08. 2019. 15-50.
Sakit Memmedov
www.kafiye.net