Səni yandıracam, yaxacam, gülüm.

Ölsəm, el qınardı “vida” sözündən,
Səni yandıracam, yaxacam, gülüm.
Əsiri olduğum qara gözündən,
Çaylartək çağlayıb, axacam, gülüm.
Səni yandıracam, yaxacam, gülüm.

Mən elə gəzəcəm, görümməyəcəm,
Bölünmüş eşqimtək bölümməyəcəm.
Bu yetim sevgimlə öyümməyəcəm,
Sənə yadlar kimi baxacam, gülüm,
Səni yandıracam, yaxacam, gülüm.

Məcnunun sevgisi yayıldı elə,
Qınaq eylədilər, üz tutdu çölə.
Ətrindən məst olub, sevdiyim telə,
“Bivəfa” çələngi taxacam, gülüm,
Səni yandıracam, yaxacam, gülüm.

Kamanım ah çəkir, inləyir neyim,
Dilimdən qəlbimə axır gileyim.
Ayrılaq deyəndə, düşmən bildiyim,
Həsrəti köksümə sıxacam, gülüm,
Səni yandıracam, yaxacam, gülüm.

Nahaq fəxr eylədin gözəlliyinlə,
Sakit səni sevdi özəlliyinlə.
Qəbrimə gül qoysan öz əlin ilə,
Məzarda şimşəktək çaxacam, gülüm,
Səni yandıracam, yaxacam, gülüm.


Sakit Memmedova
08. 04. 2020.
www.kafiye.net