Paltar

Qaş- qabaq sallayıb dünəndən bəri,
Məclisə çağırıb, dostların dedin.
Acıqlı-acıqlı girib içəri,
Yoxdur, geyəm təzə paltarım, dedin.

Seçim qarşısında qalaraq, gülüm,
Hansı paltarımı geyim?, deyirsən.
Gunun nəşəsinə dalaraq, gülüm,
Geyilmiş paltarı bəyənməyirsən.

Birini geyindin..yaxa-baş açıq,
Çox ciddi məclisdi, bu olmaz, dedin.
Biri uzun oldu dizdən azacıq,
Kəndçi paltarıdı, yaramaz, dedin.

Biri saya oldu, o biri güllü,
Birin köç bədənə geyənmədin sən.
Birini geyəndə, qızların güldü,
Seçib, heç birini bəyənmədin sən.

Paltar qarşısında, dərin ah ilə,
İlahi, nə geyim,indi mən dedin.
Baxib paltarlara sən ikrah ilə,
Bir cındır yoxumdur, geyinəm dedin.

Axlr ki, bir paltar özünə seçdin,
Sən də gey, söylədin, dur çıxaq daha.
Paltar yox, qəlbimi çarmıxa çəkdin,
Stuldan pencəyi götür, ver bura.


21. 02. 2020.
Sakit Memmedov
www.kafiye.net