Olacaq

Dosum, yerli-yersiz dostu sınama,
Sınağının iki başı olacaq.
Hər oda yanmırsa, dostu qınama,
Hər odunun mütləq yaşı olacaq.

Qorx ki, aralığa irin yeriyə,
Dirnağı ətindən ayırar tiyə.
Bsrmaqda parıltı çox olsun deyə,
Qızılın almazdan qaşı olacaq.

A, dostlar, dostları çəkməyin dara,
Saf su ləkə salar kirli paltara.
Sanma ki, hər həkim sağaldar yara,
Dörddən biri mütləq naşı olacaq.

Sakitəm, altmışı adlayıb yaşım,
Elin dərdi ilə ağarıb başım.
Küsüşdüyün dostu yoxla, qardaşım,
Aralıqda şeytan daşı olacaq.


Sakit Memmedova
10. 04. 2020.
www.kafiye.net