Kategoriler

Arşivler

Təvəkkül Goruslu Kategoriler

Tarih 22 Ağu 2020 Kategori: Təvəkkül Goruslu

EDƏK TƏZİM

EDƏK TƏZİM O gözləri geniş açın, Müqəddəsdir bu torpağım.Üstündəki hər ağacın, Budağında hər yarpağım. Göyə baxın, yerə baxın, O zirvələr müqəddəsdir. Çaya düşən axın – axın, O dərələr müqəddəsdir! Bir addım da atmam geri, O ormanlar müqəddəsdir! Dədələrin ovlaq yeri, Həm xırmanlar müqəddəsdir! Müqəddəsdir daşı, qumu, Zərrə – zərrə vətən olan. Müqəddəsdir dəni, tumu, Mənə […]

Tarih 5 Ağu 2020 Kategori: Təvəkkül Goruslu

YENƏ

YENƏ Yenə şair könlüm sorağa düşüb,Obanı axtarır, yurdu axtarır.Həsrətdən, qüssədən fərağa düşüb,Önündə getməyə ordu axtarır. Yenə şair könlüm uçub, yuvasın,Tərk edib millənən tərlan kimidi.Unutmur yurd, yuva, torpaq davasın,Ovuna zillənən aslan kimidi. Yenə şair könlüm qisas öcündə,İntiqam alovu köksün dağlayır.Xətai gücündə, Babək gücündə,Mizrağın götürür, qılınc bağlayır! Yenə şair könlüm xəyala dalıb,Gorusdan yol edir, Şuşadan keçir.Yolları, izləri […]

Tarih 27 Tem 2020 Kategori: Təvəkkül Goruslu

ƏRİMƏSƏLƏR

ƏRİMƏSƏLƏR Bu zaman, bu məkan bizi alsa da,Zaman həmin zaman, məkan fərqliydi.Dünyamız eyniydi, bəşər həmindi,Birimiz qərbliydi , biri şərqliydi. Qaçqınlıq, köçkünlük olmasa heç vaxtMən səni, sən məni görə bilməzdik.Faciə olmasa eşqin bağından,Nə çiçək, nə buta dərə bilməzdik. Bu eşqin çəkisi yaman ağırdı,El – oba boydasa, yurda tən gəlir.Bir ali qüvvəmi bizi çağırdı,Sevgidən sonramı el, vətən […]

Tarih 20 Tem 2020 Kategori: Təvəkkül Goruslu

QORXAQDIR ADIN

QORXAQDIR ADIN Düşünmə , bu yerdə diri qalarsan ,Obamda, yurdumda məskən salarsan,Ölümdür qismətin, onu alarsan ,Qurd – quşa yem olar burda cəsədin! Şəhadət, şəhidlik türkün məqamı,Qorxaqlar, alçaqlar içməz bu camı,Ay nadan binəva özünü tanı,Səni məhv edəcək torpaq həsədin. Gah sağdan, gah soldan ağız atırsan ,Özün öz qanında itib batırsan,Nə vaxtdır dünyaya qadın satırsan,Aləmə əyandı sənin […]

Tarih 13 Tem 2020 Kategori: Təvəkkül Goruslu

HƏYATI YAZDIM

HƏYATI YAZDIM Günlərim vardı ki, ruhum sönmüşdü,Heç nə qavramırdı baxan gözlərim.Zaman dayanmışdı, zaman dönmüşdü,Dodaqda donmuşdu lal – kar sözlərim. Daha düşünmürdüm nəsə yazaram,İlhamım canlanar, qələm dirilər.Sükutu misramla qəfil pozaram,Şeir baxçasından çiçək dərilər. Tanrı ki, bəxş edib mənə bu cismi,Döyüşkən ruh verib, can yerləşdirib.Bir qism maddisə, ruhi bir qismi,İdeal yönəldib, tən birləşdirib. Odur ki, vuruşdan zəfərlə […]

Tarih 10 Tem 2020 Kategori: Təvəkkül Goruslu

YAZIQ

YAZIQ Dörd divar var, bir də qapı, pəncərə,Boylana – boylana baxana yazıq.Havası, nəfəsi dönüb xəncərə,Alana, ciyərə taxana yazıq! Oturub evində, küncün birində,Fikirdən heykələ dönən yerində,Özünü ələmdə tapan dərində,Qadağa, karantin yıxana yazıq! Gözə görünməyən mutant yağının,Zülmünün zirvədə olan çağının,Çoxdan çiçəkləyən baxça, bağının“Karona ” , “covidi” yaxana yazıq! Dünya ki, dəyişir, geriyə dönür,Bəşərin üstünə min bəla enir,Zalımı […]

Tarih 7 Tem 2020 Kategori: Təvəkkül Goruslu

ŞƏRİK ÇIXMAYIN

ŞƏRİK ÇIXMAYIN Düşüncə dumanlı, fikir dolaşıq,Virusa yan verir azad düşüncə.Sağlamlıq, xəstəlik olub çalpaşıq,İnsanlıq can verir dara düşüncə. Dillər əzbəridi rejim, karantin,Söhbətdə baş mövzu maska, sabundu.Yanında, önündə durub millətin,Bəla axtarırdı. . . ona tapındı. Hərə öz evində dostdan xəbərsiz,Xəbərlərə möhtac, ” təbibə ” möhtac.COVİD söylənincə qohum təpərsiz,Şüura hökm edir bu dəhşətli “tac”. Həkimi, loğmanı düşübdü yorğun,Xəstələr […]

Tarih 3 Tem 2020 Kategori: Təvəkkül Goruslu

GƏLƏCƏK DÜNYAYA BU GÜN

GƏLƏCƏK DÜNYAYA BU GÜN Dünyanın haqsızlıq yükün çəkməkçün,Zalımın, zül (ü)mün gözün tökməkçün,Şeirdən qəlblərə köynək tikməkçün,Bir şair gələcək dünyaya bu gün! Tale atəşində alışmış yanmış,Qürurun gözləmiş, durub dayanmış,Siması işığa, nura boyanmış,Bir şair gələcək dünyaya bu gün! Nə qədər canı var elim söyləyən,Vətənim söyləyən, dilim söyləyən,İlin yola salan, ilin əyləyən,Bir şair gələcək dünyaya bu gün! Təvəkkül Goruslu.www.kafiye.net

Tarih 14 Haz 2020 Kategori: Təvəkkül Goruslu

İNSAN BALASI

İNSAN BALASI İnsanlıq bəşərdən asi düşsə də,Hər evin, ocağın yası düşsə də,Aləmə “COVİD ” in səsi düşsə də,Özünü qorumur insan balası! Yenə də ruhlara hakimdir süstlük,Bu necə röyadı, bu necə məstlik,Davranış dəyişmir, düşüncə mistik,Özünü qorumur insan balası! Maskası çənədə, ağzın bağlamır,Məsafə saxlamır, ara saxlamır,Düşünür beləsin virus haqlamır,Özünü qorumur insan balası! Kar deyil, eşidir ahı – […]

Tarih 7 Haz 2020 Kategori: Təvəkkül Goruslu

BU ŞƏHƏR

BU ŞƏHƏR Sükuta bürünmüş şəhər küçəsi,Nə bir gələni var, nə bir gedəni.İnsanlar qədərin olub seçəsi,Ayıqdı, oyaqdı tale güdəni . Kədər, qəm ələnir məhzun üzündən,Binalar başdaşı, önü məzarlıq.Sinəsi bəzənmir insan izindən,Bu nə baxça – bağdı, bu nə güzarlıq? Pəncərə dalından boylanan adam,Pəncərə – pəncərə dünyaya həris.Həbsə məhkum olur bu şəhər müdam,Daha ona məlum bu necə bir […]